Qərbi Kaspi Universiteti

Qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə  qeydiyyatdan keçməlidirlər. 

Qərbi Kaspi Universitetinə qəbul olmuş abituriyentlər qeydiyyatla bağlı universitetin Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 31, Telefon:+994 12 492 74 18

Qeydiyyat üçün hansı sənədlər tələb olunur?

1. Attestat və ya Diplom
2. Foto şəkil 6 ədəd (3x4)
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Tibbi arayış
5. Oğlanlar üçün hərbi bilet və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
6. Təhsil haqqı
7. İş nömrəsi və şifrə

Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.