Qərbi Kaspi Universiteti

Tələbələrimiz təltif olunub

Qərbi Kaspi Universitetinin ”İqtisadiyyat və Biznes” məktəbinin tələbələri “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı”nda iştirak edir.

Bu günlərdə tələbələrimiz Elcan Həsənli və Nüşabə Ədilova “Miqrasiya Könüllüsü” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentində tərübələrini uğurla başa vurub, diplomlarla təltif olunublar.

Tələbələrə diplomları təqdim edən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin baş katibi Orxan Abdullazadə də universitetimizin Biznes və İqtisadiyyat Məktəbinin IV kurs tələbəsidir.