Qərbi Kaspi Universiteti

Qərbi Kaspi Universiteti boş qalan plan yerləri üzrə qəbul elan edir

Qərbi Kaspi Universiteti boş qalan plan yerləri üzrə qəbul elan edir: 

I qrup

✅Cihaz mühəndisliyi - 8 yer

✅Mexanika mühəndisliyi - 9 yer

✅Mexatronika və robototexnika mühəndisliyi - 10 yer

II qrup

✅Beynəlxalq münasibətlər - 14 yer

✅Regionşünaslıq - 12 yer

✅Beynəlxalq ticarət və logistika - 14 yer

✅Dövlət və bələdiyyə idarəedilməsi - 3 yer

✅İqtisadiyyat (tədris ingilis dilində) - 9 yer

✅Maliyyə - 2 yer

✅Marketinq - 6 yer

✅Menecment - 10 yer

✅Mühasibat - 1 yer

III qrup

✅Fəlsəfə - 9 yer

✅Filologiya (ingilis dilində) - 3 yer

IV qrup

✅Psixologiya 6 yer

✅Su bioehtiyatları və akvakultura - 2 yer

❗️ Qərbi Kaspi Universitetində abituriyentlərə kömək məqsədilə Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə ixtisas seçimi zamanı diqqət yetirilməli olan və onları maraqlandıran digər məqamlarla bağlı köməklik göstərirlər.

Mərkəz ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Mərkəz aşağıda qeyd olunan ünvanda hər gün saat 10.00-dan 18.00-dək işləyir.

Bakı, İstiqlaliyyət küçəsi, 31, Telefon:+994 12 492 74 18

------------------

NİYƏ QƏRBİ KASPİ UNİVERSİTETİ?

* Xaricdə təhsil imkanları

* İki diplom alma imkanı

* Dövlət sifarişi əsasında təhsil almaq imkanı

* Münasib təhsil haqları

* Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı

* Müasir və unikal laboratoriyalar

* Ən son nəşrlərlə zəngin kitabxana

* Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları

* Mübadilə proqramları: Mövlanə və Erasmus

* Startup layihələri

* Xaricdə yay məktəbləri

Qərbi Kaspi Universitetində tələbələrin dövlət sifarişli və ödənişli əsaslarla təhsil almaq imkanı var. Qəbul imtahanlarında yüksək nəticə əldə edib, dövlət sifarişi ilə qəbul ola bilməyən abituriyentlərə təhsil haqqında güzəştlər nəzərdə tutulur:

☑️ 601-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil

☑️ 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

☑️ 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

☑️ 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)

☑️ 380-450 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

* I tədris ilindən sonra hər semestrin sonunda imtahan nəticələri üzrə orta balı 81-dən aşağı olmayan tələbələrin güzəştləri davam edəcək. Bu güzəşt 2, 3 və 4 – cü bəndlərə şamil olunur.