Qərbi Kaspi Universiteti

Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib

Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib. Sürətli şahmat üzrə keçirilən turnirdə universitetin müxtəlif fakültələrindən müəllim və tələbələr iştirak ediblər.

Turnirdə universitetin Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müəllimi Pərvin Hüseynov I yeri, Turizm işinin təşkili üzrə təhsil alan I kurs tələbəsi Sənan Mütəllibov II yeri, Kompüter mühəndisliyi üzrə magistr təhsili alan II kurs tələbəsi Murad Tərlanzadə III yeri tutublar.