Qərbi Kaspi Universiteti

Olimpiada

Qərbi Kaspi Universiteti “2021 Məktəblilərarası LEGO olimpiadası”- nı elan edir!

Qərbi Kaspi Universiteti hər il olduğu kimi bu tədris ilində də məktəblilər üçün olimpiada, hackathon, müsabiqə, sərgi və konfransın təşkilini həyata keçirir. 2021/2022-ci tədris ilinin I yarımilini məktəblilər üçün LEGO robototexnika platforması üzərindən olimpiadanın keçirilməsi ilə başlayır. Olimpiada 9-11-ci sinif şagirdləri arasında keçiriləcəkdir.

Olimpiadada iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün müraciət et >

 

Olimpiadanın kateqoriyaları və iştirak şərtləri

 

1. LEGO Sumo

Qərbi Kaspi Universitetinin Texnoparkı tərəfindən keçiriləcək olan təlimlər bitdikdən sonra 6 saat ərzində komandalar tərəfindən əvvəldən təyin olunmuş ölçü və çəkiyə uyğun olaraq LEGO SUMO hazırlanmalıdır. Daha sonra yarışma cədvəlinə uyğun olaraq LEGO SUMO-ların döyüşü keçiriləcək. Döyüşdə məqsəd rəqib komandanın robotunu döyüş meydanından çıxartmaqdan ibarətdir.

Şərtlər:

· Komandalar 2 nəfərdən ibarət olmalı

· Təlim və seminarlarda mütləq iştirak etməli

· Hazırlanacaq LEGO Sumo robot yarış qaydalarına uyğun hazırlanmalı

· Çəkisi: 1000 qram (maksimum)

· Ölçüləri: eni 200 mm, uzunluğu 200 mm, hündürlüyü limitsiz

 

2. LEGO Rally

Təlimlər sonrası məktəblilər onlara ayrılacaq olan 6 saat ərzindən sürətli, çevik və təyin olunmuş xətt üzrə hərəkət edə biləcək LEGO avtomobili hazırlamalıdırlar. Cədvələ uyğun olaraq komandalar öz LEGO yarış maşınlarını xəritə üzrə hərəkət etdirməlidirlər. Finiş xəttinə ən tez çatan maşın qalib olacaqdır.

Şərtlər:

· Komandalar 2 nəfərdən ibarət olmalı

· Təlim və seminarlarda mütləq iştirak etməli

· Hazırlanacaq LEGO Rally robotunda Texnopark tərəfindən veriləcək hissələrdən əlavə heç bir hissə istifadə olunmamalı

 

3. LEGO freestyle

Məktəblilərdən ibarət komandalar öz ideyaları əsasında onlara təqdim olunmuş LEGO EV3 vasitəsi ilə sərbəst olaraq öz robotlarını hazırlamalıdırlar. Münsiflər heyətinə təqdim olunacaq robotlar əvvəldən müəyyən olunmuş kriteriyalara əsasən qiymətləndiriləcək.

Şərtlər:

· Komandalar 2 nəfərdən ibarət olmalı

· Təlim və seminarlarda mütləq iştirak etməli

· Hazırlanacaq sərbəst robotlarda əlavə heç bir detal istifadə olunmamalı

· Layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir

 

Mükafatlar

Olimpiadada 3 fərqli kateqoriya üzrə ayrılıqda qaliblər seçiləcək. Qalibləri və bütün iştirakçıları Qərbi Kaspi Universiteti tərəfindən müxtəlif hədiyyələr gözləyir.

I Yer – Arduino peşəkar dəsti

II Yer – Arduino əsas dəsti

III Yer – Arduino başlanğıc dəsti

Eyni zamanda bütün iştirakçılar Qərbi Kaspi Universitetinin Mexatronika və robototexnika, Mexanika və Cihazqayırma mühəndisliyi ixtisaslarına qəbul olacaqları təqdirdə təhsil haqqında əlavə güzəşt və təqaüd almaq şansına malik olacaqlar.

 

Tarixlər

Müraciətlərin qəbulu üçün son tarix: 23 oktyabr, 2021-ci il

Təlimlər və olimpiada günləri: 1- 30 noyabr, 2021-ci il

x