Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Kimya üzrə Nobel mükafatı molekulların sintezi üzrə alətin hazırlanmasına görə təqdim olunub

Kimya üzrə Nobel mükafatı molekulların sintezi üzrə alətin hazırlanmasına görə təqdim olunub

Kimya üzrə Nobel mükafatı molekulların sintezi üzrə alətin hazırlanmasına görə təqdim olunub

Stokholmdakı Nobel Mükafatı Komitəsi 2021-ci ildə mükafatın kimya üzrə laureatlarının adlarını açıqlayıb. Bunlar molekulların sintezi üzrə aləti – asimmetrik üzvi katalizi hazırlayan üzvi kimyaçılar Bencamin List və Devid Makmillandır.

Komitə üzvlərinin sözlərinə görə asimmetrik üzvi katalizin meydana gəlməsi molekulyar sintezin tamamilə yeni səviyyəyə qalxmasına səbəb olmaqla, bu prosesin ekoloji tələblərə daha da uyğunlaşmasına və asimmetrik molekulların sintezinin xeyli asanlaşmasına imkan verir.

Bu üsulla alınan molekullar əczaçılıqdan tutumuş günəş batareyalarının istehsalınadək ən müxtəlif sahələrdə tətbiq edilə biləcək.

Çərşənbə axşamı Nobel Komitəsi mükafatın fizika üzrə laureatlarının adlarını açıqlayıb. Mürəkkəb fiziki sistemlərin dərk edilməsi və Yer kürəsi iqliminin modelləşdirilməsi sahələrində inqilabi kəşflərə imza atmış Sükuro Manabe, Klaus Hasselman və Corco Parizi mükafatı öz aralarında bölüşdürüblər.

Mükafatlandırma tarixi boyu cəmi iki qadının (dünənki üç qalib də kişidir) layiq görüldüyü fizika üzrə mükafatdan fərqli olaraq, kimya özünü “daha açıq elm” kimi göstərib.

Ötən il Emmanuel Şarpantye və Cennifer Dudna gen texnologiyasının ən kəskin alətlərindən biri olan CRISPR/Cas9 “gen qayçısı”nın kəşfinə görə Nobel mükafatına layiq görülüblər. Mariya Skladovskaya-Küri isə eyni vaxtda iki Nobel mükafatına layiq görülmüşdür

https://www.bbc.com/news/science-environment-58814418