Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Çinli alimlər dünyanın ən hündür Comolunqma dağında toxumların toplanmasını həyata keçiriblər

Çinli alimlər dünyanın ən hündür Comolunqma dağında toxumların toplanmasını həyata keçiriblər

Çinli alimlər dünyanın ən hündür Comolunqma dağında toxumların toplanmasını həyata keçiriblər

Bir qədər əvvəl çinli alimlər Comolunqma dağında toxumların toplanmasını başa çatdırıblar. Bu barədə Cənub-Qərbi Çinin Yabanı Bitki Növləri və Heyvanlarının Hermoplazma Bankının rəhbərliyi məlumat verib.

Alimlərdən ibarət qrup dəniz səviyyəsindən təqribən 6200 metr yüksəklikdə “Crucihimalaya himalaica” və “Saussurea gnaphalodes” kimi bitkilərin toxumlarını uğurla toplayaraq bu sahədə Çində yeni rekord müəyyən edib.

“Bu, novator ekspedisiyası yüksək dağlıq ərazilərdəki bitkilərin hermoplazma nümunələrini toplamaq vəzifəsini daşıyırdı. Biomüxtəlifliyin qorunması, iqlim dəyişikliklərinə münasibət və biotəhlükəsizliyin təmin edilməsi baxımından bunun mühüm əhəmiyyəti var. Toplanan toxumlar sayları hesablandıqdan və təmizləndikdən sonra uzun müddət saxlanılır”, - sözügedən bankın nəzdində Hermoplazmanın saxlanılması mərkəzinin rəhbəri Tsay Tsze belə deyib.

Onun sözlərinə görə vəzifənin icrası məqsədilə alimlər avqust və sentyabrda Comolunqma dağına çıxaraq orada 20 gün qalmış, biomüxtəliflik sahəsində tədqiqatların aparılması və dünyanın ən hündür zirvəsində toxumların toplanılması məqsədilə dəniz səviyyəsindən 6605 metr maksimal yüksəkliyə çatmışlar.

http://www.china.org.cn/china/2021-10/02/content_77787969.htm