Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Beyindəki yumşaq boşluqlar ağrı kəsici təsiri yarada bilər

Elm adamları, Milli Elmlər Akademiyasının Proceedings jurnalında hesabat veriblər ki, beyindəki yüngül elektrik boşluqları  ağrı kəsici placebo təsirini gücləndirə bilər. Bu kəşf, müalicə prosesinin daha rahat və yaxşı keçməsi ehtimalını artırır.

Tədqiqatçı Jian Kong deyir ki, bu beyin fəaliyyətini dəyişdirərək plasebo və küt ağrı yaradan nosebo təsirlərini artıracağımız ilk işdir.

Plasebo təsiri, həb qəbulundan sonra özünü daha yaxşı hiss etdikdə yaranır, çünki insanlar maddənin kömək etməsiylə ağrı hissinin azalmasını gözləyirlər. Nosebo isə plasebonun tam əksidir: İnsan xoşagəlməz təsir göstərəcəyini düşündüyü bir maddə qəbul etdikdən sonra özünü daha da pis hiss edir.

İnsanların gözləntilərinə cavab vermək üçün Jian Kongun komandası 81 pasient üçün dözülməz dərəcədə ağrı verən istilik cərəyanı hazırladı. İştirakçılar MRI skanerində uzanarkən istilik, stimulyator tərəfindən biləyə çatdırıldı. Hər bir insanın qoluna müəyyən yerə qədər 3 müxtəlif krem vuruldu. İştirakçılara birinci kremin ​​uyuşdurucu lidokain kremi, ikincinin gündəlik krem, digərinin isə ağrını artıran kapsaisin kremi olduğu deyildi. Əslində isə, bütün kremlər fərqli rənglərə boyanmış heç bir təsiri olmayan eyni tərkibdən ibarət idi.

İştirakçılar, plasebo təsiri olan "lidokain" kreminin vurulduğu hissədə istinin daha az, nosebo təsiri olan "kapsaisin" kremi vurulan hissənin isə daha yüksək ağrı verdiyini bildirdilər.

Plasebo və nosebo təsirlərini test etməzdən əvvəl, tədqiqatçılar tDCS adlanan bir metoddan istifadə edərək bəzi iştirakçıların beyninə elektrik cərəyanı yönləndirdilər. Bu tdcs sessiyaları zamanı baş dərisinə əlavə edilən iki elektrod vasitəsilə beyin hüceyrələrinin davranışını dəyişdirmək üçün beyinə zəif elektrik cərəyanı yönləndirmişdilər. Bununla da tədqiqatçılar, plasebo və nosebo təsirlənin artdığını müşahidə ediblər.

https://www.sciencenews.org/article/brain-mild-zaps-boost-placebo-effect-pain-relief-neuroscience