Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Tədqiqatçıların tapdığı mikrofosillər Marsda yaşayışın mümkün olacağına ümid verir

Tədqiqatçıların tapdığı mikrofosillər Marsda yaşayışın mümkün olacağına ümid verir

Tədqiqatçılar 3, 4 milyard il bundan əvvəl metan vasitəsilə dövr edən mikrobların daşlaşmış qalıqlarını aşkar ediblər.

Science Advances jurnalında dərc olunan bir araşdırmaya görə, bu tip mikrofosillərin  həddindən artıq vulkanik mühitlərdə - bəlkə də Marsda belə yaşaya biləcəyinə dair dəlillər təqdim edilir.

Araşdırmaya rəhbərlik edən Barbara Cavalazzi deyir: "Biz dəniz qatının bir neçə metr dərinliyində hidrotermal sistemlərin isti su yaratdığı boşluqların divarları boyunca inkişaf edən fosil mikroblarının son dərəcə yaxşı qorunmuş bir formasını tapmışıq."

"Vulkanik aktivliklə qızmış yeraltı məkanlar ehtimal olunur ki, Yerin ilk mikrob ekosistemlərindən bir neçəsinə ev sahibliyi etməsi ilə yanaşı, bu günə qədər tapdığımız ən qədim nümunədir."

Cavalazzi  onu da əlavə edir ki, "Marsda da oxşar mühitlər tapdığımız üçün,  bu tədqiqat, Yer kürəsindən xaricdə də yaşayışın mümkün olacağına dair ümid verir."

https://cosmosmagazine.com/history/palaeontology/3-billion-year-old-microfossils-found-below-the-seafloor/