Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Astronomlar tərəfindən qara dəliklərin ulduzların əmələ gəlməsinə maneə olduqları müşahidə edilib

Astronomlar tərəfindən qara dəliklərin ulduzların əmələ gəlməsinə maneə olduqları müşahidə edilib

Supermassive black holes put a brake on stellar births

Astronomlar deyirlər ki, kütləsi milyonlarla Günəşə bərabər olan qara dəliklər yeni ulduzların əmələ gəlməsinə mane olur. Tədqiqatçılar, böyük bir səma araşdırma qrupunun nəticələrini dəstəkləmək üçün maşın öyrənmə və üç müasir simulyasiyadan istifadə edərək, ulduzların formalaşması haqqında 20 illik müzakirəni həll etməkdədirlər. Kembric Universitetinin aspirantı Joanna Piotrovska, bu gün astronomiya üzrə virtual Milli Məclisdə (NAM 2021) yeni araşdırmasını təqdim edəcək.

Qalaktikalarda ulduzların əmələ gəlməsi uzun müddətdir ki, astronomiya tədqiqatlarının mərkəzində dayanır. Onilliklər ərzində aparılan uğurlu müşahidələr, qazın necə çökdüyünü və onun həm öz ətrafında, həm də hüdudlarından kənarda yeni ulduzları necə yaratdığını daha yaxşı anlamağımıza gətirib çıxardı. Lakin, astronomlar Kainatdakı bütün qalaktikaların ulduz əmələ gətirmədiyini başa düşdülər - daha aşağı nisbətdə ulduzları meydana gətirən çoxlu "sakit" cisimlər də mövcuddur.

Qalaktikalarda ulduzların əmələ gəlməsini nəyin dayandırdığı, son 20 ildə müzakirə olunan ən böyük məsələlərdən biri olaraq qalır. Piotrovska və komandası buna nəyin səbəb biləcəyini öyrənmək üçün bir sınaq keçiriblər.

Araşdırmalar nəticəsində məlum olub ki, qara dəliklər yeni ulduzların yaranmasına mane olur. Piotrovska deyir ki: "Kütlələri milyonlarla hətta milyardlarla Günəşə bərabər olan cisimlər, yəni qara dəliklər, həqiqətən də öz ətraflarına böyük təsir göstərir. Bu cisimlər, qalaktikaların ulduz əmələ gətirməsində bir növ maneə rolunu oynayır."

https://phys.org/news/2021-07-supermassive-black-holes-stellar-births.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter