Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Dünyanın ilk 3D çaplı polad körpüsü istifadəyə verildi

Dörd ildən artıqdır ki, inşa olunan və Hollandiyanın MX3D şirkətinin rəhbərlik etdiyi körpü Amsterdam şəhərinin mərkəzində "canlı laboratoriya" olacaqdır. İmperial London Kolleci tədqiqatçıları, quraşdırılmış geniş sensorlar şəbəkəsindən istifadə edərək, piyadaların hərəkətinə nəzarət edən 12 metr uzunluğunda olan yeni quruluşun performansını ölçəcək, izləyəcək və təhlil edəcək.

Toplanan məlumatlar tədqiqatçılara və mühəndislərə körpünün "sağlamlığını" real vaxtda ölçməyə, onun xidmət müddətində necə dəyişdiyini izləməyə və ictimaiyyətin 3D çaplı infrastrukturla necə qarşılıqlı əlaqədə olduğunu anlamağa imkan verəcək.

Fiziki körpünün hərəkəti və davranışı eləcə də 3D çaplı Poladın uzunmüddətli hərəkəti, hazırki vəziyyətdə və gələcəkdə yeni tikinti layihələrinin necə istifadə ediləcəyi ilə bağlı suallara cavab verməyə kömək edəcək bir cüt üzərində sınaqdan keçiriləcəkdir.

Layihənin həmmüəllifi, Mülki Tikinti və Ətraf Mühitin Mühafizəsi Departamentindən olan professor Leroy Qardner bildirib: "3D-çaplı metal konstruksiya, piyada hərəkətinin öhdəsindən gəlmək üçün kifayət qədər böyük və möhkəmdir, bu cür körpü daha əvvəl tikilməmişdir. Nəzarət prosesi müddətində və tamamlandıqdan sonra bir sıra sınaqlar keçirdik və nəhayət körpünün xalqa açıq şəkildə fəaliyyətdə  olduğunu görmək çox xoşdur. "

 

 

 

 

 

 

 

https://techxplore.com/news/2021-07-world-3d-printed-steel-footbridge-unveiled.html