Qərbi Kaspi Universiteti

Müəllimlər

İctimai elmlər məktəbi

Ağalar Qəribov

Doktorant

Fəlsəfə, Sos.fəlsəfə, Şəxs.azadlığı və məsuliyyəti, Azərbaycan fəlsəfə tarixi, Klassik alman fəls, Genderin fəlsəfi prob

+994 12 565 39 77

agalar.qaribov@wcu.edu.az

Tarix və fəlsəfə kafedrasının müəllimi 

Akademik fəaliyyətinin istiqamətləri:

  • Hüquq fəlsəfəsi
  • Klassik alman fəlsəfəsi
  • Marksizm

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Qəribov Ağalar Vaqif oğlu 12 avqust 1994-cü ildə Naftalan şəhərində anadan olmuşdur. 2011-ci ildə Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbi bitirmişdir. 2011-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və Sosial İdarəetmə fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini başa vurmuşdur. 2015-2017-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində fəlsəfə tarixi ixtisası üzrə magistr təhsili almışdır.  2018-ci ildən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında "Sosial fəlsəfə" proqramı üzrə doktorantdır. 2013-2014-cü illərdə "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosu, 2014-2015-ci illərdə Naxçıvan Dövlət Televiziyası və Naxçıvan Dövlət Radiosunda redaktor, aparıcı, və müxbir kimi fəaliyyət göstərmiş, 2013-2015-ci illərdə Naxçıvan MR Gənclərin İntellektual İnkişafı Mərkəzi ilə əməkdaşlıq edərək intellektual oyunlar üzrə sual tərtibatçısı, redaktor və oyun aparıcısı olmuşdur. 2016-cı ildə Bakı hərbi məhkəməsində hakim Siyavuş Hacıyevin köməkçisi qismində işləmişdir. 2017-2018-ci illərdə Ordu.az saytında hərbi, siyasi və geosiyasi məzmunlu xəbər, analiz və digər məzmunlu mətnlərin tərcümə edilməsi, həmçinin hərbi və geosiyası təhlillərin yazılması istiqamətləri üzrə çalışmışdır. 2018-ci ildə "İnvestel Group" MMC-də hüquqşünas vəzifəsində fəaliyyət göstərmişdir. 2018-ci ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında saathesabı qaydada fəlsəfə fənninin tədrisi ilə məşğuldur. 2019-cu ildən Qərbi Kaspi Universitetinin Tarix və Fəlsəfə Kafedrasında fəlsəfə müəllimi kimi fəaliyyət göstərməkdədir.

Elmi nəşrlər:

1.Hegelin hüquq fəlsəfəsi kontekstində postsosializm və “tarixin sonu” ideyası. Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblər arası elmi əsərlər toplusu. Bakı 2016. Buraxılış № 17. Səh. 42

  1. Hegelin hüquq fəlsəfəsi təliminin tarixi və fəlsəfi qaynaqları. Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblər arası elmi əsərlər toplusu. Bakı 2017. Buraxılış № 19.
  2. Hegelin hüquq fəlsəfəsi kontekstində vətəndaş cəmiyyəti. Sosial elmlər və psixologiya fakültəsi. 25 il (uğurlar, problemlər, prespektivlər). Gənc tədqiqatçıların respublika elmi – praktik konfransının materialları. Bakı 17 aprel – 2017. Səh.12
  3. “Marksist hüquq fəlsəfəsində hüquq və dövlətin qarşılıqlı münasibətləri klassik alman hüquqi fəlsəfi fikrinin dialektik davamı kimi”. Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının materialları, Bakı, 2019.
  4. Gender probleminin klassik alman fəlsəfəsi müstəvisində qiymətləndirilməsi". Azərbaycan Universitetinin “Gender problemi və müasir Azərbaycan” adlı məcmuəsi. Bakı, 2019.
  5. "Klassik alman fəlsəfi fikrində dövlətin və hüququn təbiəti və mahiyyəti". Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının materialları. Bakı, 2019.

x