Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Aysel Bədəlova

Material üzərində iş, Dizayn layihələndirmə

+994 12 492 74 18

aysel.badalova@wcu.edu

Akademik fəaliyyətinin istiqamətləri:

Rəssam.

Reklam işi üzrə rəssam.

Dizayner.

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

19 may 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. (1997-2006) Nizami Bakı şəhərin Nizami rayonunun 214 nömrəli orta məktəbində təhsil almışdır. (2002-2006) Xətai rayonunun S.Ələsgərov adına 1№-li Uşaq İncəsənət məktəbində Rəssamlıq sininfində təhsil alıb. (2006-2008) Nizami rayonun 32 nömrəli məktəbində təhsilini davam edib və bitirmişdir.

(2008- 2012) illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memar və Dizayn fakültəsinin   ,, Reklam işi üzrə rəssam,,  ixtisasının məzunudur.

(2013-2015) illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memar və Dizaynın ,,Dizayner,, və ,,Dizayn sənətinin tarixi və nəzəriyyəsi,, ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir.

(2016-2019) illərdə ,,Bacarıqlı əllər,, Yaradıcılıq və İnkişaf mərkəzində dizayner və müəllim vəzifəsində çalışıb.

2019-cu ildən Qərbi Kaspi Universitetinin dizayner və müəllim vəzifəsində çalışır.

NAİLİYƏTLƏRİ:

2008-ci il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-cı ildönümünə həsr olunmuş tədbirdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən ,,Ən yaxşı dekorativ rəsm,, nominasiyası üzrə diplom ilə təltif  edilmişdir.

2008-ci ildə “Azərbaycan Dövlət Rəssamlıq Akademiyası”-nın “Fəal Gənc” diplomu ilə təltif edilmişdir.

2009-2010 tədris ilində “Azərbaycan Dövlət Rəssamlıq Akademiyası”nın “Ən Aktiv Tələbə” nominasiyası üzrə diplom ilə təltif olunmuşdur.

2012-ci ildə “Buta” adlı Fərdi sərgisi keçirilmişdir.

2014-cü ildən etibarən Rəssamlar İttifaqının bir çox sərgilərində iştirak etmişdir.

2014-cü ildə “Narkomaniyaya Yox” adlı rəsm sərgisində  iştirak etmiş və sertifikat ilə təltif olunmuşdur .

2014-cü il 29 Yanvar tarixində sənət əsərləri Avstriyanın Vienna şəhərində, “Vienna Art Center”-də

nümayiş edilmiş və sertifikat ilə təltif olunmuşdur .

2014-cü ildə Qusar şəhərində “Qusar Sərgi Salonu”-nunda “Mənim Vətənim” adlı sərgidə iştirak etmişdir.

2014-cü ildə “Gənc Rəssamlar İttifaqı”-nın Üzvü seçilmişdir.

2014-cü ildə “Azərbaycanda Vətəndaşlar Cəmiyyətinin İnkişafına Yardım Assossiyası”-nın “Sərsəng harayı” adlı müsabiqəsində iştirak etmiş və diploma layiq görülmüşdür.

2015-ci ildə “Uluslararası Aktivist Sanatçılar Birliyi”-nin üzvü seçilmişdir.

2017-ci ildə Fransanın Parıs şəhərinin   Carrousel Du Louvre-də  ,,Art Shopping,, festivalında iştirak edib sertifikata laiq görülmüşdür.

2017-ci ildə Fransanın Kann şəhərində Cannes La Croisette zalının ,,Art Shopping,, festivalında iştirak edib sertifikata laiq görülmüşdür.

2018-ci ildə İtaliyanın milan şəhərinin Art Exibition zalının ,,Conferito per i suoi meriti artistici e creativi,,  yani SƏRHƏDSİZ RƏNGLƏR adlı festivalinda iştirak edib fərdi diploma laiq görülmüşdür.

x