Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi Elmlər Məktəbi

Elman Nəsirov

s.e.d.,prof.

Doktorant rəhbərliyi

+994 12 565 39 77

elman.nasirov@wcu.edu.az

Siyasi elmlər doktoru, professor.

“Beynəlxalq  münasibətlər” kafedrasının müəllimi

Akademik fəaliyyətinin istiqamətləri:

  • Politologiya sahəsində geniş tədqiqat
  • Beynəlxalq münasibətlər

                 

Nəsirli Elman Xudam oğlu (30 aprel 1968Bakı) — politoloq, siyasi şərhçi; Azərbaycan Respublikası V,VI çağırış Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor.

Təhsili

1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin(BDU) Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil alıb və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır.

İşgüzar fəaliyyəti

2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) müəllim işləyir. DİA-nın “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosentidir. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə» elmi-nəzəri və praktiki jurnalının, habelə 2007-ci ildən Azərbaycan Dillər Universitetinin «Beynəlxalq münasibətlərin aktual problemləri» adlı elmi və ictimai-siyasi jurnalının Redaksiya heyətinin üzvüdür.

2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının elmi katibi və ekspertidir. 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

2002-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Radiosunun «Dünya: hadisələr, şərhlər» proqramının siyasi analitiki; Azərbaycan Respublikası “Space” Müstəqil Teleradio MMC-nin siyasi şərhçisidir. Müxtəlif televiziya kanallarında Azərbaycanın xarici siyasəti və beynəlxalq vəziyyətlə bağlı siyasi şərhlərlə çıxış edir.

Müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s. istiqamətlər onun tədris və tədqiqat sahələrini əhatə edir. 90-dan artıq elmi məqalənin və 6 tədris- metodiki işin müəllifidir. Bir sıra elmi məqalələri xarici ölkələrdə (ÇexiyaİranTürkiyəUkraynaRumıniya və s.) çap edilmişdir.

Kitabları

  1. “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər”. Bakı, Qanun nəşriyyatı, 1998, 136 s.;
  2. “Azərbaycan nefti və beynəlxalq müqavilələr. 1991-1999-cu illər”. Bakı, Qanun nəşriyyatı, 1999, 104 s.,
  3. “ABŞ və dünya 11 sentyabrdan sonra”. Bakı, Adiloğlu, 2003, 262 s.,
  4. Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri. Bakı, Elm və Təhsil, 2010, s.392
  5. “Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2003-2006)”.(həmmüəllif) Bakı, Azərbaycan nəşriyyarı, 2007, 944 s.
  6. Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2007-2008) II kitab (həmmüəllif)-Bakı, Azərbaycan nəşriyyarı, 2007, 754 s.