Tətbiqi və Təbiət Elmləri Məktəbi

Elnarə İsgəndərli
Mikrobiologiya, Sanitariya və gigiyena, Balıqçılıq
+994 12 492 74 18
isgenderlielnare@gmail.com
Elmi dərəcəsi: Magistr
Akademik fəaliyyətinin istiqamətləri:
Mikologiya
Mikrobiologiya
Virusologiya
Qida təhlükəsizliyi
Toksikologiya
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
1 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-2012-ci illərdə Sumqayıt şəhər 26 nömrəli orta məktəbdə təhsil almışdır. 2017-ci ildə Bakı Mühəndislik Universitetinin biologiya müəllimliyi fakültəsini bitirmişdir. 2020-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Mikologiya ixtisasını fərqlənmə ilə bitirmişdir. 2018-ci ildən indiyədək AMEA Botanika İnstitutunun Mikologiya şöbəsində böyük laborant vəzifəsində çalışır. 2020-ci ildə Qərbi Kaspi Universitetində çalışmağa başlamışdır. Magistr dissertasiya işini “Cryphonectria parasitica göbələyinin populyasiyasında dsRNT-nin axtarışı və lakkaz aktivliyinin təyini” mövzusunda yazmışdır. 2019-cu ildə işinə aid molekulyar analizləri aparmaq üçün bir aylıq müddətdə İtaliya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutunda elmi məzuniyyətdə olmuşdur. İşin nəticəsi olaraq elm aləmi üçün yeni virus ştamı aşkarlanmışdır. 1 məqalə və 3 tezis müəllifidir.
Elmi nəşrlər:
- Aghayeva D.N, Isgenderli E., Maserti B.E., Abasova L., Bartolini P., Pepori A. Molecular and morphological characterization of fungi on the bark of Castanea sativa in Azerbaijan. 114th Congress of Botanical Society. Padua. Italy 2019. P.82
- İsgəndərli E.Ə., Ağayeva D.N. Azərbaycanda Cryphonectria parasitica növünün morfoloji tədqiqi. Akademik A.A.Qrossheymin 130-cu ildönümünə həsr olunmuş Gənc alim və tədqiqatçıların “Müasir botanikada innovasiya və ənənələr” mövzusunda konfransın tezisləri. Bakı, 20 dekabr. 2019, S 59.
- Forgia M., Isgenderli E., Aghayeva D.N, Turina M., Huseynova İ.M. New viral associate of Cryphonectria parasitica found in Azerbaijan. “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” Bakı, 2020.
- Forgia, M., Isgenderli, E., Aghayeva, D., Turina, M. Virome characterization of Cryphonectria parasitica isolates from Azerbaijan unveiled a new mymonavirus and a putative new RNA virus. Virology 2020.