Siyasi Elmlər Məktəbi

Cəbi Bəhramov
t.ü.f.d.,prof.
Doktorant rəhbərliyi
+994 12 565 39 77
cabi.bahramov@wu.edu.az
Tarix üzrə fəlsəfə doktoru, professor
“Beynəlxalq münasibətlər” kafedrasının professoru
Akademik fəaliyyətinin istiqamətləri:
- Azərbaycan tarixi sahəsində geniş tədqiqat işi aparır.
- Beynəlxalq münasibətlər tarixi
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Bəhramova Cəbi Əmirvar oğlu 1982-ci ildə Tarix ixtisası üzrə Daşkənd Dövlət Universitetini bitirib. 1982-ci ildə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. 1999-cu ildə müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982-1987-ci illərdə İnstitutda baş laborant, 1998-2000-ci illərdə kiçik elmi işçi, 2000-2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2000-ci ilin sentyabından Qərb Universitetinin «Politologiya və beynəlxalq münasibətlər» kafedrasında «Azərbaycan tarixi», «Ümumdünya tarixi» və «Beynəlxalq münasibətlər tarixi» fənlərindən mühazirələr oxuyur.
Elmi nəşrlər:
2009-cu ildə Qərb Universitetinin Elmi Şurasının qərarı ilə ona professor elmi adı verilmişdir. 50-dən çox elmi əsərin o cümlədən «Azərbaycan tarixi» (VII cild. Bakı, 2003), «Исторические факты о деяниях армян на азербайджанской земле» (rus və ingilis lillərində), «Azərbaycan» adlı Azərbaycan MEA Milli Ensiklopediyasının nəşr etdiyi xüsusi cildin «Tarix» bölməsinin 1941-2007-ci illər dövrünü əhatə edən fəsillərin və 2010-cu ildə ARDNŞ-in sifarişi ilə nəşr olunan «Azərbaycan nefti» kitabının və ikicildlik “H.Əliyev” monoqrafiyasının müəllifidir.
2010-2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873-1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.
- Azərbaycan generalları 1941-1945-ci illər müharibəsi illərində. Bakı, Elm, 2008.
- Azərbaycan nefti. Bakı, 2010, 352 səh. (Azərbaycan və ingilis dillərində)
- Bakı nefti və Nobellər. Bakı, 2009, 188 s. (Azərbaycan və ingilis dillərində).
- Generalı xatırlayarkən. Akim Abbasov 100. Bakı. Elm, 2011.
- Heydər Əliyev. I cild. Bakı 2013, səh. 114-132 (həmmüəllif).
- Heydər Əliyev. II cild. Bakı 2013, səh.72; 83-100; 119-135; 299-311 (həmmüəllif).
- Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, 2013, səh. (həmmüəllif)
- Gubadly the ancient Azerbaijani land Zangazurs gateway. Baku, Turxan, 2013 (həmmüəllif).
- Губадлы. Ворота древней Азербайджанской земли Зангезура. Баку, Турхан, 2013 (həmmüəllif) və 42 məqalənin müəllifidir.