Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Leyla Hüseynova

Müəllim

Dizaynın əsasları, Layihələndirmə, Material üzərində iş, Perspektiva Layihə qrafikası, rəngli kompozisiya və şriftlər, Qrafik dizayn ,Sistemli layihələndirmə, Konstruktivləşdirmənin əsasları

+994 12 492 74 18

leyla.huseynova@wcu.edu.az

Hüseynova Leyla Əlihüseyn qızı 27 fevral 1995-ci ildə doğulub.2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn ixtisasının əyani şöbəsinə daxil olub. 2016-cı ildə Universitetin bakalavr pilləsini bitirdikdən sonra həmin ilin May ayından Azər İlmə MMC-də Dizayner vəzifəsində çalışıb. Həmin ilin Oktyabr ayından 2020-ci ilin May ayına qədər, 4 il müddətində Azər Xalça ASC-də Bədii Yaradıcılıq və Keyfiyyətə Nəzarət şöbəsinin Xalçaçı rəssamı, Dizayneri vəzifəsində çalışıb.

2017-ci ildə 5-ci Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda işçi qrupunda iştirak etmişdir.

2019-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texniki Estetika və Dizayn” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur.

2020-ci ildən Xəzər Universitetində müəllim olaraq çalışır.

2021-ci ilin Yanvar ayında Qərbi Kaspi Universitetində təşkil olunan "Aqrar Təsərrüfatların İnkişafının Yeni İstiqamətləri və Ətraf Mühitin Mühafizəsi" mövzusunda Respublika elmi konfransında çap olunmuş "Ekoloji Dizaynın Günümüzdəki Əhəmiyyəti" adlı elmi işi çap olunmuşdur.

2021-ci ilin May ayında Qərbi Kaspi Universitetində təşkil olunan ali məktəb tələbə və magistrantların XXVI multidissiplinar Respublika elmi-praktik konfransı”nda “Kreativ Sənaye İdeyasının İqtisadiyyata Təsiri” adlı elmi işi çap olunmuşdur.

2021-ci ilin İyun ayında Azərbaycan Dövlət İqtisad Universitetinin “Texniki Estetika və Dizayn” ixtisası üzrə magistratura pilləsini bitirmiş, həmin ilin iyul ayında “Dizayn Sahələrində Rəngin Rolu və Psixoloji Təsirinin Analizi” adlı mövzusunda Dissertasiya işini müdafiə etmişdir.

2021-ci ilin İyul ayından Qərbi Kaspi Universitetində Dizayner, Sentyabr ayından Universitetin Dizayn kafedrasında müəllim vəzifəsində çalışır.

2021-ci ilin Noyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizaynın müasir problemləri” III Beynəlxalq elmi konfransda “İnsanı Əhatə Edən Mühitdə Rəngin Əhəmiyyəti” adlı elmi məruzə ilə çıxış etmişdir, məqaləsi çap olunmuşdur.

2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Memarlıq Abidələrinin Qorunması və Bərpası Problemləri üzrə doktorantura (dissertantlıq yolu ilə) pilləsinə qəbul olmuşdur.

Tədqiqat mövzusu: Azərbaycanda Saray Memarlığının Bədii Tərtibatı.