Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat Məktəbi

Məmmədəli Məmmədrzayev

Statistika Beynlxalq kommersiya işi, Kommersiya fəaliyyətinin təşkili, Audit.

+994 12 565 39 77

mammadali.mammadrzayev@wcu.edu.az

İqtisadiyyat Məktəbinin müəllimi

Məmmədrzayev Məmmədəli Məmmədsaleh oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfat İnstitununa qəbul olub, 1977-ci ildə həmin institutu maliyyə-statistika ixtisası üzrə bitirmişdir.

      1977-79-cu illərdə Hərbi Dəniz Donanmasında hərbi xidmət olub və baş leytenant rütbəsi almışdır.
      1979-81-ci illərdə Mərkəzi Statistika İdarəsində iqtisadçı və baş iqtisadçı vəzifələrində çalışmışdır.
      1981-84-cü illərdə Oktyabr rayon Komsomol Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.

      1984-85-ci illərdə Respublika Təhsil İşçiləri Həmkarlar Təşkilatında işləmışdır.
      1985-88-ci illərdə Bakı Sovet Ticarət Texnikumunda müəllim, 1988-92-ci illərdə isə həmin texnikumun tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

      1992-ci ildən müəllim və baş müəllim kimi pedoqoji fəaliyyətlə məşğul olub.
      2004-cü ildə İqtisad Universitetinin baş müəllimi kimi  « Kommersiya fəaliyyətinin təşkili »   dərsliyi çap edilmişdir, çoxlu sayda metodik göstərişlərin və proqramların müəllifidir.
      İstehlakçı hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatın sertifikatına malikdir və bu sahədə 1998-ci ildən ekspert kimi fəaliyyət göstərir.
      Hal-hazırda Qərbi Kaspi Universitetində «Iqtisadiyyat» kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.