Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Təranə Poladova

k.ü.f.d., dosent

Poladova Təranə Əli qızı 2000-ci ildə Xətai rayonu 261 saylı orta məktəbi bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin “Tətbiqi kimya” ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

            Əmək fəaliyyətinə 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda başlamışdır.

            2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstititunun “Makromolekullar kimyası” ixtisası üzrə əyani aspirantura şöbəsinə qəbul olmuşdur. 2013-cü ildə fəlsəfə doktoru dissertasiyası üzərindəki işi tamamlamış, 2014-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən kimya üzrə fəlsəfə doktoru diplomuna, 2018-ci ildə isə dosent diplomuna layiq görülmüşdür. AMEA Neft-Kimya Prosesləri İnstititunun aparıcı elmi işçisi vəzifəsində çalışmaqla bərabər insititutun nəzdində fəaliyyət göstərən müdafiə seminarının katibi vəzifəsində də işlərini davam etdirmişdir. Hazırda həmin institutda elmlər doktoru səviyyəsində təhsilini davam etdirir və tədqiqatlar aparır. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı dəfələrlə Beynəlxalq və Respublika miqyaslı elmi konfrans, təlim və simpoziumlarda iştirak etmiş, müxtəlif dərəcəli diplom, sertifikat , həmçinin medallarla mükafatlandırılmışdır.

            2016-cı ildən ADNSU-nun SABAH qruplarında ingilis və azərbaycan dillərində “Polimerlərin kimyası və fizikası” fənnini tədris edən T.Ə.Poladova 90-dan çox elmi əsərin müəllifidir ki (10-dan çox monoməqalə), onların bir çoxu xarici ölkələrin jurnallarında dərc edilmişdir. Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müdiridir.

Elmi əsərləri:

  1. New surface-active polymeric complexes for cleaning sea surface from thin petroleum slicks. Znanstvena misel journal, (1)38,Sloveniya, 2020,pp.12-15
  2. Синтез и исследование новых поверхностно-активных солей катанионного типа-н-октил-этилоламмоний пеларгоната и пентаноата. Magyar Tudományos Journal (Hungarian scientific journal),№36, 2020, pp.13-16
  3. Новые поверхностно-активные полимерные комплексы на основе солей н-додецилпропиламмоний каприната и пеларгоната. Polish journal of science, (2)23, Poland, 2020, pp.15-21
  4. Triethylenetetramine-based novel cationic surfactants and their complexes with anionic polyelectrolytes. Journal of Molecular Liquids, 2012, Vol. 166. p. 44–48
  5. Petroleum collecting and petroleum dispersing reagents based on alkyl amine and alkyl iodides. Journal Materials Research Innovations, 2012,Vol.16(3), pp. 175-178.
  6. Synthesis and properties of new oli-collecting and dispersing polymeric reagents based acrylic acid, a-olefins , and amines. Russsian Journal of Applied Chemistry, Russia, 2015, Vol.88. No.1, pp.153-158
  7. Синтез и свойства нефтесобирающего и диспергирующего полимерного комплекса на основе частично нейтрализованной полиакриловой кислоты и соли гептилиодида с триэтилентетрамином. “Нефтепереработка и нефтехимия” №8,2012, с.40-44
  8. Yeni katanion tipli səthi-aktiv dodesilmonoetilolammonium etanoat duzunun sintezi və tədqiqi. Azərbaycan ali texniki məktəblərinin xəbərləri, ADNSU, 2019, №21 (9), səh.65-68
  9. Particularities of electroconductivity of petroleum-collecting and petroleum-dispersing ionic-liquid ammonium salts based on ethanolamines and alkyl halides. Processes of petrochemistry and oil refining, 1(41), vol.11, 2010, p.135-138
  10. Surface-active nonylethylolammonium chloride salt as a chemical for removing thin petroleum films from water surface. Second International Scientific Conference of Young Scientists and Specialists Multidisciplinary approaches in solving modern problems of fundamental and applied sciences 2020, pp.368-369

x