Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Tünzalə İmanova

t.ü.f.d. dosent

Robotların idarə edilməsi, Kompüter arxitekturası, Kompüter sistemlərinin təhlükəsizliyi, Pobototexniki komplerklər

+994 12 565 39 74

tunzala.imanova@wcu.edu.az

Qərbi Kaspi Universitetinin dosenti, texniki elmlər üzrə fəlsəfə doktoru

Akademik fəaliyyətinin istiqamətləri:

Robotlaşdırılmış texnoloji komplekslər

Robotların idarə olunması

Çevik istehsal sistemi

Maşınqayırma texnologiyası metal kəsən dəzgah və alətlər

Kompüter təhlükəsizlik sistemləri

Təhsil və peşə faliyyəti haqqında məlumatlar

İmanova Tunzalə Rza qızı Ç.İldırım adına Azərbaycan Politexnik İnistitutunu (AzPİ) maşınqayırma texnologiyası metal kəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirmişdir. T. İmanova AzPİ- də laborant, baş laborant, asistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. O, 1995-ci ildə AzPi nin ixtisaslaşdırılmış şurasında namizədlik dissertasiyası müdafiə etmiş və texniki elimlər namizədi elmi dərəcəsi almışdır. T.İmanova 1997-ci ildə AzTU-nun Texnoloji kopmplekslər Xususi texnika kafedrasının dosenti elmi adını almışdır. O, 2013-cü ildə Almaniyanın Akademik Elmi mübadilə cəmiyyətinin DAAD programı çərçivəsində Brondenburq Texniki Universitetində Elmi ezamiyyətdə olmuşdur. Dosent T.İmanova 2020-ci ildən Qərbi Kaspi Universitetində dosent vəzifəsində çalışır.

Dosent T. İmanova çap olunmuş 60-a qədər elmi-metodiki materialın, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun məqalələri yüksək impakt faktorlu, inglis və alman dilli Beynəlxalq verilənlər bazalarına daxil olan jurnallarda çap olunmuşdur. T. İmanova AzTU nun Texnoloji Komplekslər və Xususi Texnika kafedrasının doktorantıdır. O, “Müstəvi frezləmə prosesində emal dəqiqliyinin proqramla idarə sistemlərinin işlənməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Dosent T.İmanova Avropa Komissiyasının LMPH 544191 TEMPUS1-2013-1-PT-JPJR (Gürcüstan, Azərbaycan və Moldova) və Erazmus+LPEB561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP( Russiya Federasiyası, Çin və Azərbaycan) layihələrinin işlənməsində və icrasında iştirak etmişdir.

Dosent T.İmanova AzTU nun ictimai həyatında da Texnoloji maşınlar və Maşınqayırma fakultələrinin Elmi şuralarının üzvü, Texnoloji komplekslər və xususi Texnika kafedrasının həmkarlar təşkilatının sədri, Cihazqayırma ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının elmi katibi kimi fəal iştirak etmişdir. O, hal-hazırda ictimai əsaslarla Qərbi Kaspi Üniversitetinin Riyaziyyat və İnformasiya texnologiyaları kafedrasının dosenti, tələbə və məzunların təcrübə və inkişaf mərkəzinə rəhbərlik edir.

  1. Ali təhsildə innovativ təlim texnologiyalar. Bakı 2020
  2. Methodical features of development of software for control of precision of the grinding machines in Germany
  3. İnternational Jurnal of Advances in Engineering & Technology, mar, 2015, v.8. İssuel,pp.66-74 in England
  4. Materials of scientific and technical conference of the Brandenburg higher school.2015,15p
  5. AzTU-da 10-11 dekabr 2013-cü ildə keçirilən “Azərbaycanda yüksək texnologiyaların texniki iqtisadi problemləri “ mövzusunda Respublika elmi konfransının materialları,Bakı.2013.

x