Qərbi Kaspi Universiteti

Fakültələr

Beynəlxalq münasibətlər və diplomatiya

İstiqamət Beynəlxalq münasibətlər

Proqram: Beynəlxalq münasibətlər və diplomatiya üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı:  PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

Proqram haqqinda

Beynəlxalq münasibətlər və diplomatiya üzrə magistr proqramı - beynəlxalq təşkilatlarda danışıqlar və idarəetmə bacarıqları, diplomatiya tarixi, miqrasiya, regional inteqrasiya, beynəlxalq münasibətlərdə etik məsələlər və ictimai elmlərin metodologiyasına dair biliklərin alınması üzrə təhsil proqramıdır. Bu proqram ölkələr arasında münasibətləri, dövlət, hökümət və qeyri-hökümət təşkilatlarını, akademik və ictimai siyasət, iqtisadiyyat, beynəlxalq hüquq, kulturologiya və bir çox başqa sahələri əhatə edən təhsil proqramıdır. Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr elmi nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

- Elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- Beynəlxalq münasibətlər elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə müstəqil təhlil aparmaq;

- Öz elmi araşdırmalarının nəticələrinin təqdim etmək bacarığı;

- Fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

 

Məzunların iş tapmaq imkanları

- Dövlət təşkilatları

- Səfirliklər, nazirliklər

- Qeyri-hökumət təşkilatları

- Hüquq, biznes

- Beynəlxalq təşkilatlar

- Təhsil strukturları