Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Müəllimimizin müəllifi olduğu “Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti” monoqrafiyası keçirilib

Müəllimimizin müəllifi olduğu “Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti” monoqrafiyası keçirilib

Müəllimimizin müəllifi olduğu “Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti” monoqrafiyası keçirilib

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin müəllimi tarix üzrə fəlsəfə doktoru Günay Həsənovanın "Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti" adlı monoqrafiyasının akademik heyət və ictimaiyyət üçün təqdimatı keçirilib.

Məlumat verilib ki, monoqrafiya xalqımızın qədim dövrdən bu günə kimi qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü ənənəvi məişət mədəniyyətinin araşdırılmasına həsr olunub.

Müəllifin tədqiqat işi Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya Elmi fondu”,“Arxeologiya”, “Xüsusi fond”, “Neqativ fondu” və b. fond və kolleksiyalarında toplanan və ənənəvi məişət mədəniyyətimizə aid olan materiallar əsasında aparılmışdır. Kitabda xalq məişəti ilə bağlı olan hər bir maddi mədəniyyət

nümunəsinin elmi-etnoqrafik təsviri və şərhi verilməklə, onların bölgələr üzrə yayılma arealı, xüsusiyyətləri, hazırlandığı materialların çeşidi, məişətdə işlədilmə dərəcəsi araşdırılmış, ənənəvi məişət mədəniyyəti kompleksinin tam mənzərəsi yaradılaraq gələcək nəsillər üçün yetərli məlumat bazası hazırlanmışdır.

Əsər tarixçi, etnoqraf, muzeyşünaslar və xalqımızın milli-mənəvi dəyərlərinə önəm verən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.