Tələbələrimiz üçün Polşanın Torunda Nikolay Kopernik Universitetində TƏQAÜDLƏ təhsil almaq imkanı
Polşanın Torunda Nikolay Kopernik Universiteti (Nicolaus Copernicus University in Torun) Erasmus+ mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin birinci (qış) semestri üçün tələbə qəbul elan edir.
İxtisaslar - Turizm işinin təşkili, Turizm bələdçiliyi
Tədris dili - İngilis
Tələbə sayı - 1
Aylıq təqaüd – 800 avro
Tədris dövrü – Oktyabr-Fevral
Yataqxana - https://www.umk.pl/en/erasmus/mobility_projects/
Tələblər:
• ÜOMG 71 və 71 baldan yüksək olan
• İngilis dili biliyi B2 səviyyəsində olan
• Akademik borcu olmayan
• 2022-2023-cü və 2023-2024-cü tədris illərində qəbul olan tələbələr seçim prosesində iştirak edə bilərlər.
Diqqət: Proqramda iştirak etmək istəyən tələbələr özləri haqqında məlumatı (Ad/Soyad/Ata adı, Fakültə, İxtisas, Qrup, Əlaqə nömrəsi) erasmus@wcu.edu.az mailinə göndərə və ya Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, Otaq 111 ünvanına yaxınlaşa bilərlər.
Seçim yalnız müraciət edən tələbələr arasında aparılacaq.
Son müraciət tarixi – 22 aprel