Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Konfrans: Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi

Konfrans: Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi

Konfrans Ekologiya I hissə.pdf    

Konfrans Ekologiya II hissə.pdf

Konfrans Ekologiya III hissə.pdf

Qərbi Kaspi Universitetində “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.

30 yanvar 2021-ci il tarixdə keçiriləcək konfransda beynəlxalq və milli mütəxəsisslər, elmi-pedaqoji işçilər, doktorantlar, dissertantlar, magistrlar, tələbələr, ekologiya üzrə regional təşkilat rəhbərləri və mütəxəssislər iştirak edəcəklər.

Konfransda Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri, kimyalaşdırma və torpaq ekosisteminin mühafizəsi, müasir təsərrüfat komplekslərinin formalaşdırdığı yeni ekoloji təsirlər, Ərzaq təhlükəsizliyi probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemlərin bərpası, azad olunmuş torpaqlarda aqrar təsərrüfatların inkişaf perspektivləri nəzərdən keçiriləcək.