Qərbi Kaspi Universiteti

Universitet

Keyfiyyət Təminatı Mərkəzi

Keyfiyyətin Təminatı Mərkəzi                                                                                          Keyfiyyətə Nəzarət Komissiyası

Məzmun      

Tarix

Qərbi Kaspi Universitetində təhsildə keyfiyyətin artırılmasını təmin etmək məqsədilə 2017-ci ildə İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılmışdır. 2020-ci ildən “Keyfiyyətə Nəzarət Mərkəzi” müstəqil olaraq fəaliyyətinə davam etmişdir. 2021-ci ildə Mərkəzin strukturunda dəyişiklər edilmiş, “Keyfiyyət Təminatı Mərkəzi” adlandırılaraq yeni Əsasnaməsi qəbul olunmuşdur. 2022-ci ilin yanvar ayında universitetin keyfiyyət təminatında tələbənin səsini təmsil edən Tələbə Məlumat Mərkəzi yaradılmışdır.

QKU  Keyfiyyət Sistemi

Keyfiyyət Təminatı Mərkəzinin iş prinsipi Avropa Ali Təhsil Sahəsində Keyfiyyət Təminatı Standartları və Təlimatlarında (ESG 2015) müəyyən edilmiş Daxili Keyfiyyət Təminatı Standartlarına istinadla ümumiləşdirilmişdir.

Keyfiyyətə Təminat Mərkəzinin əsas funksional fəaliyyəti aşağıdakılardır:

  1. Universitetin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi;
  2. Universitetdə səmərəli və müasir tədris mühitinin yaradılması və işlək vəziyyətdə saxlanılması;
  3. Universitetin fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişaf etdirilməsinin təmin edilməsi;
  4. Keyfiyyət təminatı istiqamətində yerli və beynəlxalq qiymətləndirmə agentlikləri ilə əməkdaşlıq etmək.
  5. Keyfiyyətin təminatı sisteminin təşkil edilməsi;
  6. Bütün mənbələrdən KTS üçün vacib məlumatların / göstəricilərin toplanmasının koordinasiyası;
  7. Maraqlı tərəflərin gözləntilərinin müəyyənləşdirilməsi;
  8. Universitetin və fakültələrin bölmələrinə özünü qiymətləndirmənin təşkili və həyata keçirilməsində və akkreditasiya hazırlıqlarında konsultasiya dəstəyi;
  9. Keyfiyyət təminatı üzrə mütəmadi daxili  təlimlərin keçirilməsi;
  10. Universitetin digər struktur bölmələri ilə birgə Keyfiyyət təminatı prosesinə xarici maraqlı tərəflərin cəlb olunması;
  11. Avropa, milli və istitusional səviyyədə təlim və tədris üzrə keyfiyyət təminatı sistemlərinin ümumi çərçivəsinin müəyyənləşdirilməsi;

Daxili Keyfiyyət təminatı

“Keyfiyyətin Təminatı Mərkəzi”nin yaradılmasında əsas məqsəd universitetdə tərdis və tədqiqatın keyfiyyətini təmin etmək, bu istiqamətlərin təkmilləşdirilməsinə nəzarət etmək, təhsil səviyyələri üzrə biliyin obyektiv qiymətləndirilməsini təmin etmək və innovativ texnologiyalardan istifadə etməklə səmərəli tədris və tədqiqat mühiti yaratmaqdır.

Xarici keyfiyyət təminatı

Mərkəzin xarici keyfiyyət təminatı Keyfiyyət Təminatı prinsiplərini əhatə edir və Mərkəzin Siyasətində əks olunmuş fəaliyyət sahələrində iş mexanizminə istinad edir.

 

Keyfiyyət Təminatı Siyasəti

Qərbi Kaspi Universitetinin Keyfiyyətin Təminatı Siyasəti Universitetin Strateji İnkişaf Planının məqsədlərinə uyğun olaraq təhsilin keyfiyyətinin təmin edilməsinin və davamlı inkişafın əsasını təşkil edir. Universitetin keyfiyyət siyasəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qanun və qaydalarına əsaslanan təhsil sisteminin yaradılması, o cümlədən daxili və beynəlxalq rəqabət qabiliyyətinin inkişafına nəzarət prinsiplərini əks etdirir.

Vəzifə və məsuliyyətlər.

Keyfiyyətin Təminatı Mərkəzi öz öhdəliklərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və ESG 2015 standartlarına uyğun yerinə yetirir. Keyfiyyətə zəmanət və monitorinq prosesi aşağıdakı kimidir:

                   (Lean Sigma prinsiplərinə əsaslanır)

 

Tələbə məmnuniyyət sorğu hesabatları 

Sıra NömrəsiKafedralarLinklər
1Politologiya və Beynəlxalq Münasibətlər kafedrasıhttps://wcu.edu.az/uploads/files/1.Politologiya-Və--Beynəlxalq-Münasibətlər-kafedrası.pdf
2Tarix kafedrasıhttps://wcu.edu.az/uploads/files/2.Tarix-kafedrası.pdf
3Fəlsəfə kafedrasıhttps://wcu.edu.az/uploads/files/3.Fəlsəfə-kafedrası.pdf
4Təbiət Elmləri kafedrasıhttps://wcu.edu.az/uploads/files/4.Təbiət-elmləri-kafedrası.pdf
5Mexanika Və Riyaziyyat kafedrasıhttps://wcu.edu.az/uploads/files/5.-Mexanika-və-riyaziyyat-kafedrası.pdf
6İnformasiya Texnologiyaları kafedrasıhttps://wcu.edu.az/uploads/files/6.İnformasiya-texnologiyaları-kafedrası.pdf
7Proqramlaşdırma kafedrasıhttps://wcu.edu.az/uploads/files/7.Proqramlaşdırma-kafedrası.pdf
8Ekologiya və Ətraf Mühit kafedrasıhttps://wcu.edu.az/uploads/files/8.Ekologiya-və-ətraf-mühit-kafedrası.pdf
9Azərbaycan dili və ədəbiyyatı kafedrasıhttps://wcu.edu.az/uploads/files/9.Azərbaycan-dili-və-ədəbiyyatı-kafedrası.pdf
10İngilis Dilçiliyi Və Ədəbiyyatı kafedrasıhttps://wcu.edu.az/uploads/files/10.İngilis-dilçiliyi-və-ədəbiyyat-kafedrası.pdf
11İngilis dili və tərcümə kafedrasıhttps://wcu.edu.az/uploads/files/11.İngilis-dili-və-tərcümə-kafedrası.pdf
12Xarici dillər kafedrasıhttps://wcu.edu.az/uploads/files/12.Xarici-dillər--kafedrası.pdf
13İngilis Dili Mərkəzi kafedrasıhttps://wcu.edu.az/uploads/files/13.İngilis-dili-mərkəzi.pdf
14Dizayn kafedrasıhttps://wcu.edu.az/uploads/files/14.-Dizayn-kafedrası.pdf
15Psixologiya və Sosial İş kafedrasıhttps://wcu.edu.az/uploads/files/15.Psixologiya-kafedrası.pdf
16Ümumi iqtisadiyyat kafedrasıhttps://wcu.edu.az/uploads/files/16.-Ümumi-iqtisadiyyat-kafedrası.pdf
17Maliyyə və mühasibat uçotu kafedrasıhttps://wcu.edu.az/uploads/files/17.Maliyyə-və-mühasibat-uçotu-kafedrası.pdf
18Turizm və sahələr iqtisadiyyatı kafedrasıhttps://wcu.edu.az/uploads/files/18.Turizm-və-sahələr-iqtisadiyyatı.pdf
19Marketinq və idarəetmə kafedrasıhttps://wcu.edu.az/uploads/files/19.Marketinq-və-idarəetmə-kafedrası.pdf

 

 

Əməkdaşlar

Mütəxəssislər:
Nəzrin Cəfərova

Elnarə Zamanlı

 

 

Əlaqə məlumatları

email:  qa@wcu.edu.az/ www.wcu.edu.az

Təkliflər və tövsiyələr

Qərbi Kaspi Universitetinin daxili keyfiyyətinin yaxşılaşdırılması və inkişafı ilə bağlı tövsiyə və təkliflərinizi mərkəzin elektron ünvanına (qa@wcu.edu.az)  göndərə bilərsiniz.