Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti Cenevrə Ticarət Həftəsində iştirak edəcək

Qərbi Kaspi Universiteti,  sentyabrın 28-də Cenevrə Ticarət Platforması tərəfindən təşkil edilən Cenevrə Ticarət Həftəsində baş tutacaq rəqəmsal konfransda iştirak edəcək. 

 

Cenevrə Ticarət Həftəsi ticarət, onun təsiri və dövrümüzün ən aktual məsələləri ilə əlaqələrini müzakirə etmək üçün siyasətçiləri, akademikləri, mütəxəssisləri, özəl sektor təmsilçilərini və digər maraqlı tərəfləri bir araya gətirir.