Tələbələrin Sosial Problemlərinin Həlli Siyasəti
QƏRBİ KASPİ UNİVERSİTETİN TƏLƏBƏLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİ SİYASƏTİ
Qərbi Kaspi Universitetin Tələbələrin Sosial Problemlərinin Həlli Siyasəti
08.006.2021-ci il tarixində Elmi Şurasında №8 saylı protokolu ilə yenilənib.
2015-ci ildə Azərbaycanda ifrat yoxsulluq tamamilə aradan qaldırılıb. Mütləq yoxsulluq səviyyəsi 10 dəfə azalıb. Əhalinin gəlirləri 10 dəfədən çox artıb. İşsizlik 5 faizə endirilib. İki ərzaq təhlükəsizliyi proqramının icrası nəticəsində ölkədə aclıq probleminə son qoyulub. Müsbət təcrübəyə əsaslanaraq Azərbaycan çox fəal şəkildə BMT-nin 2030-cu il üçün dayanıqlı inkişaf məqsədləri gündəliyinə qoşulub. Ölkədə həmin məqsədlərə çatılması istiqamətində böyük işlər görülür. Kənd təsərrüfatı aclığın yox edilməsində və yoxsulluqla mübarizədə ən vacib mənbə kimi çıxış edir. Belə bir şəraitdə tələbələrin aclıq çəkməsindən söhbət belə gedə bilməz. Universitetin strategiyasında imkansız tələblərə pulsuz qidalanma şəraitinin yaradılması kimi tədbirlər planı nəzərə alına bilər.
- Ümumiyyətlə universitet bütün müəllim və tələbələrinin normal kalorili, təzə və sağlıqlı qidalanmasına şərait yaradılmışdır, bunun üçün Universitetin yardımçı təsərrüfatından təbii şəraitdə yetişdirilmiş məhsullar alınır.
- bUniversitetin yeməkxanalarında bütün qida zövqlərinə uyğun qidalar var, o cümlədən vegetarianlar üçün də. Qidaların müxtəlif çeşidli olması, münasib qiymətə təklif edilməsi və sağlamlığa xidmət etməsi əsas şərtdir.
- Universitetin yeməkxanalarında təklif olunan qidalar təmiz, tərkibində GMO olmayan məhsullardan istifadə olunmaqla təzə hazırlanmış, kalorili və insan sağlamlığının qorunmasına xidmət edən qidalardır.
- Universitet tələbələrə təhsil aldıqları müddətdə iş imkanları yaradır.