Əlliliyi Olan Şəxslərə Yönəlik Siyasəti
QƏRBİ KASPİ UNİVERSİTETİN ƏLLİLİYİ OLAN ŞƏXSLƏRƏ YÖNƏLİK SİYASƏTİ
Fiziki məhdudiyyəti olan şəxslər haqqında ilkin məlumat
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünya əhalisinin 15%-i fiziki məhdudiyyətli insanlardır və bu say 1 milyarda yaxın əhalini əhatə edir. Onlardan 2-4% bununla bağlı ciddi əziyyət çəkir və proqnozlara görə bu say 2050-ci ildə 2 dəfə artaraq 2 milyard olacaq.
Qərbi Kaspi Universitetinin siyasəti
Bunları nəzərə alaraq, fiziki məhdudiyyəti olan insanlar üçün daha yaxşı şərait və şərtlər yaratmaq üçün Qərbi Kaspi Universiteti 5 il ərzində belə tələbə və müəllimlər üçün universitet daxilində infrastruktur və sosial layihələr hədəfləyir.
Məqsədlər
- Fiziki məhdudiyyəti olan insanların universitetin mədəni və sosial layihələrində fəal iştirakını artırmaq;
- İnkluziv və innovativ metodlardan istifadə etməklə fiziki məhdudiyyətli insanların universitet daxilində sərbəst hərəkətinə şərait yaratmaq, mövcud infrastrukturu inkişaf etdirmək;
- Mentorluq xidməti yaratmaq.
Planın əhatə dairəsi
Plan fiziki məhdudiyyəti olan tələbə və işçi heyəti qarşısına çıxacaq maneələri həll etməyə yönəlib. Onların universitet mühitində daha rahat hərəkət etməsinə imkanlar yaradacaq.
İcra strategiyası
Fiziki məhdudiyyətli insanlar üçün ancaq infrastrukturun yaradılması deyil, eyni zamanda beynəlxlaq təcrübənin öyrənilməsi və tətbiqi nəzərdə tutulur:
- fiziki məhdudiyyət ilə bağlı ortaya çıxan məsələlər ətrafında müzakirələrin aparılması;
- qarşıya çıxacaq hər hansı problemi müzakirələr yolluya həll etmək;
- fiziki məhdudiyyəti olan tələbə və işçi heyətinin icraedici orqanlarda təmsilini təşkil etmək;
- fiziki məhdudiyyətli tələbələrin və işçi heyətinin universitetin həyata keçirdiyi layihələrdə fəal iştirakını təşviq etmək;
- fiziki məhdudiyyətli tələbələr üçün bəzi tədris proqramlarını onlayn təklif etmək
Təqdim olunmuş işlərin icrası
Humanitar və sosial məsələlər üzrə prorektor | Nizam intizam qaydalarını nəzarət edir. |
İnsan Resursları Şöbəsi, Tələbə şöbəsi və Hüquq Şöbəsi | Birbaşa əmək məcəlləsinin qanunlarının icrasına nəzarət edir. |
Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi | Mentroluq xidmətinə nəzarət edir. |