Ayrı-seçkiliyin, Zorakılığın və Təcavüz Hallarının Qarşısının Alınması Siyasəti
QƏRBİ KASPİ UNİVERSİTETİN AYRI-SEÇKİLİYİN, ZORAKILIĞIN VƏ TƏCAVÜZ HALLARININ QARŞISININ ALINMASI SİYASƏTİ
Qərbi Kaspi Universitetin Qərbi Kaspi Universitetin Ayrı-seçkiliyin, Zorakılığın və Təcavüz Hallarının Qarşısının Alınması Siyasəti
15.06.2023-ci il tarixində Elmi Şurasında №9 saylı protokolu ilə yenilənib
1. Məqsəd və öhdəliklər v Azad bir mühit təşviq etmək üçün irqi, cinsi, dini və etnik ayrı-seçkilikdən, təhqirdən, təcavüzdən, heç kimsəyə zərər vermədən bütün işçilərə və tələbələrə ləyaqətlə, nəzakətlə və hörmətlə yanaşma; v Təhlükəsiz və əhatəli bir iş, tədris və təlim mühitini təmin etmək, işçilərin və tələbələrin öz hüquq və vəzifələrini bilmələrini təmin etmək üçün marifləndirici tədbirlər keçirmək; v İşçilərin və tələbələrin şikayətlərini ədalətli, vaxtında və məxfi şəkildə həll etmək üçün imkanlar yaratmaq;
- Şikayətçilərin hüquqlarını qoruyan komissiya məlumatları məxfi saxlamaq;
- Işçilərin qanun çərçivəsində hüquq və vəzifələri qorumaq.
2. Əhatə etdiyi sahələr Bu qaydalar Universitet ictimaiyyətinə, o cümlədən Universitetin işçiləri (o cümlədən, ziyarətçi və əlavə təyinatlar daxil olmaqla), tələbələr (dinləyici və mübadilə qismində), Universitet təsisçisi(ləri), Universitetlə əlaqəli bütün şəxslərə şamil olunur.
3. Məqsəd II bəndə göstərilən hər bir şəxs davranış qaydalarında göstərildiyi kimi, ayrı-seçkilik, təhqir və təcavüzün bütün formaları ilə bağlı Universitetin qaydaları haqqında məlumatlı olmaq və onlara riayət etmək məsuliyyəti daşıyır. Universitetdə ayrı-seçkilik, təhqir və təcavüzə heç bir halda yol verilmir.
4. Ayrı-seçkiliyin formaları 4.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1999, N 618-IG) aşağıdakı ayrı-seçkilik hallarını qadağan edir: v cinsi v ailə vəziyyətiv valideyn statusv irqi v dini etiqad v həmkarlar ittifaqı fəaliyyəti v hamiləlik v ailə öhdəlikləriv yaş və s. 4.2 Ayrı-seçkilik ya birbaşa, ya da dolayı ola bilər. v Birbaşa ayrı-seçkilik, oxşar vəziyyətdə olan şəxslərin gördükləri münasibətdə hər hansı bir fərqlilik müəyyən edildiyi zaman baş verir. Birbaşa ayrı seçkilik nümunəsi olaraq, əlil arabasında olduğu üçün kiminsə işə götürülməməsidir. v Dolayı ayrı-seçkilik: qaydaların hər kəsə bərabər tətbiq edilməsinə baxmayaraq, müəyyən bir qrupa digərindən daha neqativ təsiri olmasıdır.
5. Təzyiq formaları v Dövlət qanunvericiliyinə görə, ayrı seçkilik və insan haqları qanunvericilikdə göstərilən xüsusiyyətlərdən hər hansı birinə əsaslanır və kiməsə təcavüz etmək qeyri-qanunidir.
- Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
- İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları bu virusa yoluxma səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır.
- İşəgötürən İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
- Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
- Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
- Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
- Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
5.1 Uşaq və qul əməyindən istifadə v Universitet dünyəvi insan haqları prinsiplərini nəzərə alır və yetkinlik yaşına çatmayan şəxslərin əməyindən istifadəni qəti qadağan edir.v Universitet qul əməyini pisləyir və bu şəxslərin əməyindən istifadəni qəti qadağan edir.v Universitet insan alverinə qarşı çıxır və pisləyir. Təqdim olunmuş vəzifələr
Sosial və humanitar məsələlər üzrə prorektor | Nizam intizam qaydalarına nəzarət edir. |
İnsan resursları şöbəsi və hüquq şöbəsi | Birbaşa əmək məcəlləsinin qanunlarının icrasına nəzarət edir. |
Tələbə Həmkarlar Birliyi | Birbaşa tələbələrlə işləyir. |