Школа экономики и бизнеса
Рамиль Гулиев
Доктора философии по экономике
Экономика социальной сферы, Инженерная экономика, Экономика деревообрабатывающей промышленности, Экономика поля, маркетинг, Экономика лесного хозяйств
+994 12 565 39 77
ramin.quliyev@wcu.edu.az
Quliyev Ramil Hacırza oğlu 14 aprel 1977-ci il Bakı şəhərində anadan olmuşdur. 1983- cü ildə Bakı şəhəri, Xətai rayonu 261 nömrəli məktəbdə orta təhsilnə başlamış. 1993-cü ildə təhsilini başa vurmuşdur. 1993-1997-ci illər Azərbaycan Dövlət İqtisad İnstitunun Menecment fakültəsində bakalavr, 1997-1999-cu illərdə magistr təhsili almışdır. 2011-ci ildə İqtisad üzrə fəlsəfə doktoru elmi adı almışam (Elmi işin adı: “Azərbaycanın Respublikasının gömrük fəaliyyətinin idarə edilməsində informasiya texnologiyalarından istifadə problemləri”). 2018-ci ildə Dosent elmi adını almışam. 2012- ildən Azərbaycan Texniki Universitetində İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışıram.
Hal-hazırda Qərbi Kaspi Universitetinin Turizm və sahələrin iqtisadiyyatı kafedrasında dosent vəzifəsində çalışır.
Əsas elmi nəşrlər:
- R.H.Quliyev “İnsan resurslarının idarə edilməsi” Dərslik, Bakı 2022
- R.H.Quliyev “Menecmentin informasiya sistemləri” Dərs vəsaiti Bakı 2018
- R.H.Quliyev “Korporativ social məsuliyyət” Dərs vəsaiti Bakı 2017
- R.H.Quliyev “İqtisadi informatika və iqtisadiyyatda informasiya texnologiyaları” Bakı 2017
- R.H.Quliyev “Küresel ekonomide kurumsal sosyal sorumluluk” TURAN-SAM: TURAN Stratejik Araştırmalar Merkezi * TURAN-SAM Uluslararası Bilimsel Hakemli Dergisi; p-ISSN: 1308-8041, e-ISSN: 1309-4033; Yıl: 2022; Ay: Mart; Cilt: 14/KIŞ, Sayı: 53
- R.H.Quliyev “İslam ölkələrinin timsalında biznesin sosial məsuliyyəti və korporativ sosial məsuliyyət modellərinin müqayisəli təhlili” AzMİU, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı № 4-2021
- R.H.Quliyev “Təşkilatda korporativ sosial məsuliyyət strategiyasının formalaşması” Mingəçevir Dövlət Universiteti “Davamlı inkişaf strtegiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”, Beynəlxalq elmi konfrans (10-11dekabr 2021)