Elmİ, sİyasİ, İdman və rəmzİ əhəmİyyət daşıyan İlk "Azərbaycan-Antarktİda" ekspedİsİyası

Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Antarktida" ekspedisiyası

Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Antarktida" ekspedisiyası

Qərb Universitetinin təsisçisi, fəxri prezidenti, eləcə də Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərliyi ilə And dağlarına (Argentina) ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyduğu bütün məsələlərin öhdəsindən gələrək öz işini uğurla başa çatdırmışdır. Ekspedisiya üzvləri Akonqaqua zirvəsinə (6962 m) Azərbaycan milli bayrağını, ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının şəkli və "Azərabycan – Yeni zirvələrə doğru İlhamla irəli” yazısı olan vimperlər qaldırmışlar. Həmçinin zirvədə azərbaycan və ingilis dillərində yazılan "2010 Azərbaycanda ekologiya ili - Yaşıl dünya naminə” transporantları açılmışdır.