Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin Biznes Məktəbi beynəlxalq təşkilata üzv seçilib

Azərbaycanın ilk biznes məktəbi Qərbi Kaspi Universitetinin Biznes Məktəbi biznes məktəblərinin akkreditasiyası prosesini həyata keçirən nüfuzlu AACSB (The Association to Advance Collegiate Schools of Business) akkreditasiya təşkilatına üzv qəbul olunub.

Bu akkreditasiya təşkilatı 1916-cı ildə ABŞ-da yaranıb, qurumun əsası 17 ABŞ universiteti və kolleci tərəfindən qurulub.

2019-cu ildə təşkilat İSO 9001 keyfiyyət təminatı sertifikatını əldə edib. Təşkilatın qərargahları Florida, Sinqapur və Amsterdamda yerləşir.

Dünyanın 870 biznes məktəbi bu akkreditasiya təşkilatının üzvüdür.