İlk Azərbaycan Afrİka Ekspedİsİyası

İlk Azərbaycan Afrika Ekspedisiyası

İlk Azərbaycan Afrika Ekspedisiyası

10 avqust 2009-cu il tarixində Qərb Universitetinin təsisçisi, fəxri prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi I Azərbaycan-Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürdü. Ekspedisiya "Azərbaycan, yeni zirələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilib. Kilimancaro Afrika qitəsinin ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərq hissəsində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək "Yeddi zirvə”sindən biridir. Kilimancaro dağı ekvatora yaxın yerləşdiyindən zirvəyə qalxan hər kəs burada dünyada mövcud olan bütün iqlim növlərini hiss edə bilər.

azertag.az

azertag.az