Fİlologİya və Tərcümə Məktəbİ

Təhsil əldə et, gələcəyini yarat

Filologiya və Tərcümə Məktəbi  1996-cı ildən “Qərb dilləri”  fakültəsi adı ilə fəaliyyətə başlayıb. Fakültədə Filologiya (ingilis dili və ədəbiyyatı), Tərcümə (ingilis, alman, fransız) ixtisasları üzrə mütəxəssis hazırlığı aparılıb. 2017-ci ildən fakültə Filologiya və Tərcümə məktəbi kimi fəaliyyətini davam etdirir.

Məktəbin nəzdində Azərbaycan dili və ədəbiyyatıİngilis dili və ədəbiyyatı Tərcümə kafedraları və İşçi Dillər Mərkəzi fəaliyyət göstərir.

Fakültənin vəzifəsi yüksək ixtisaslı filoloqlar, o cümlədən xarici dil və ədəbiyyatı mütəxəssisləri və peşəkar tərcüməçilər hazırlamaqdan ibarətdir. Fakültənin əsas məqsədi tələbələrə xarici dilləri və ədəbiyyatı tədris etməkdir. Fakültə peşəkar filoloq və tərcüməçilərin hazırlanmasında dünya standartlarına uyğun tədris proqramlarından və ən müasir texnologiya imkanlarından istifadə edir. Fakültənin əsas istiqaməti xarici dil və ədəbiyyat sahəsində filoloq, o cümlədən ictimai və siyasi əlaqələrin inkişaf etdiyi bir dövrdə respublika üçün daha vacib olan biznes, menecment, politologiya, sosiologiya və hüquq sahələri üzrə tərcüməçi hazırlamaqdan ibarətdir.

Fakültədə ümumilikdə 9 dil tədris olunur: Azərbaycan, İngilis, Alman, Fransız, Rus, Latın, Çin, İspan, Fin dilləri. Tələbələrin dil qabiliyyətini təkmilləşdirmək məqsədilə dil daşıyıcıları olan: ABŞ-dan Rise Kelsi, Səid Naxçivani, Chelsea Cervantes,  Kanadadan Ross Douglas, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal,  Portuqaliyadan Ana Filomena, Curralo Goncalves, Böyük Britaniyadan  Svetlana Kurtes , Mario Moya, Alum Bati, Randall Baker , Colin Love, Ekaterina Rees-Yaeger,  Çindən Li Baoyu, Li Cua, Liu Liu, Yuan Yue, Han Rubing, Ruidi Wang,  Rusiyadan Nataliya Kornetova, Maria Maltseva, Almaniyadan Utah Stoltenberg, Çexiyadan Jiri Nesiba, Hana Stojanova, Polşadan Marta Gancazyk və digər ölkələrdən xarici mütəxəssislər dəvət olunur.

Tələbələrə Erasmus MundusMövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Akademik heyət: 

Sevda İsmayılova - İşçi Dillər Mərkəzinin ingilis dili müəllimi

Gülnar Qəhrəmanova - İşçi Dillər Mərkəzinin ingilis dili müəllimi

Aidə Mirzəyeva - İngilis Dili və Ədəbiyyatı kafedrasının və İşçi Dillər Mərkəzinin ingilis dili müəllimi

Aynurə Hümbətova - İngilis Dili və Ədəbiyyatı kafedrasının və İşçi Dillər Mərkəzinin ingilis dili müəllimi

Nigar Babayeva - İşçi Dillər Mərkəzinin koordinatoru

Hal-hazırda aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:

Bakalavr səviyyəsi üzrə
  • Filologiya (İngilis dili və ədəbiyyatı)
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • Tərcümə (İngilis, alman, fransız)

 

Magistratura səviyyəsi üzrə
  • Filologiya
  • Tərcümə (dillər üzrə)
Doktorantura və dissertantura pilləsi üzrə
  • German dilləri