Sİyasİ Elmlər Məktəbİ

Həyat məktəbin buradan başlayır

Siyasi elmlər Məktəbi Qərbi Kaspi Universiteti yarandığı ilk gündən onun tədris, elm və inzibati bölməsi olub, yüksək ixtisaslı kadr hazırlığı istiqamətində "Politologiya”, "Psixologiya”, "Regionşünaslıq”, "Beynəlxalq jurnalistika”, "Beynəlxalq hüquq”, "Beynəlxalq münasibətlər” və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik etmişdir.

Məktəbin nəzdində Siyasi Elmlər KafedrasıPolitologiya və Beynəlxalq münasibətlər kürsüləri fəaliyyət göstərir. Bundan əlavə məktəbin nəzdində Tətbiqi Politologiya və Multikulturalizm mərkəzləri fəaliyyət göstərir. 

Siyasi və İctimai Elmlər Məktəbinin əsas məqsədi gənc və müstəqil dövlətimizin demokratiya yolunda gələcək inkişafı üçün tələb olunan yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən ibarətdir. Fundametal biliklər verən məktəbimizin missiyası tələbələri seçdikləri ixtisas sahələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlarla silahlandırmaq, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.

Tələbələr üçün mütəmadi olaraq onların dünyagörüşünün formalaşmasına xidmət edən, respublikanın tarixində və həyatında önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi və s. müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Tələbələrə Erasmus MundusMövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Akademik heyət: 

İlkin Hüseynli - Siyasi və İctimai Elmlər Məktəbinin dekan müavini, Prorektorun köməkçisi

Rauf Həsənov - Tarix üzrə fəlsəfə doktoru, “Siyasi Elmlər” kafedrasının dosenti

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Politologiya
  • Regionşünaslıq
  • Beynəlxalq münasibətlər
Magistratura səviyyəsi üzrə
  • Politologiya
  • Regionşünaslıq
  • Beynəlxalq münasibətlər
Doktorantura və dissertantura pilləsi üzrə
  • Beynəlxalq münasibətlər