Yüksək Texnologİyalar və İnnovatİv Mühəndİslİk Məktəbİ

Elmə sərmayə

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi 1991-ci ildən fəaliyyətə başlamışdır. Məktəbin nəzdində İnformasiya Texnologiyaları və maşınlar kafedrasıKompüter ElmləriMaşınqayırma texnologiyaları kürsüləri fəaliyyət göstərir.

Məktəbin vəzifəsi tələbələrin yüksək texnologiyalar və innovativ mühəndislik sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır. Məhz bu səbəbdən, fakültədə Maşınqayırma, Robototexnika, Mexatronika, Elektronika laboratoriyaları, Poliqrafiya və Kompüter laboratoriyaları yaradılıb. Həmçinin məktəbin müasir kompüter və internet mərkəzi, elmi kitabxanası var.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan laboratoriyalar, maşınqayırma, robototexnika, mexatronika, elektronika laborotoriyaları, poliqrafiya və kompüter və. s laboratoriyalar Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.

Bütün ixtisaslar üzrə tələbələri yüksək keyfiyyətli tədris gözləyir. Tələbələr ABŞ və Avropanın ən təcrübəli şirkətləri ilə birgə işlənmiş müasir laboratoriyalarından yararlana biləcəklər. Təcrübi biliklərin daha yaxşı əldə olunması üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmizdə təhsil alan tələbələrimiz Erasmus MundusMövlana və digər beynəlxalq proqramlarda iştirak edirlər. 

Akademik heyət:

  • Rəna Hacıyeva - İnformasiya Texnologiyaları və maşınlar kafedrasının müdiri, dos. 
  • Aydın Kazımzadə - Qərbi Kaspi Universitetinin "İnformasiya Texnologiyaları və maşınlar" kafedrasının dosenti, t.ü.f.d. 
  • Esmira Əhmədova - Qərbi Kaspi Universitetinin “İnformasiya texnologiyaları və maşınlar” kafedrasının dosent əvəzi, r.ü.f.d.
  • Əliyev Qoşqar - Qərbi Kaspi Universitetinin “Komputer texnologiyaları” kafedrasının dosenti, Texnika üzrə fəlsəfə doktoru
  • Çinarə İbadzadə - İnformasiya texnologiyaları və maşınlar kafedrasının müəllimi

 

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Kompüter mühəndisliyi
  • Kompüter elmləri
  • İnformasiya texnologiyaları
  • Ekologiya mühəndisliyi
  • Cihazqayırma mühəndisliyi
  • Mexatronika və robototexnika mühəndisliyi
  • Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
  • Poliqrafiya mühəndisliyi
  • Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
Magistratura səviyyəsi üzrə
  • Kompüter elmləri 
  • İnformasiya texnologiyaları
Doktorantura səviyyəsi üzrə
  •  Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi