Məmmədlİ Mehdİ

Qərb Universitetin Fəxri məzunu Məmmədli Mehdi
Məmmədli Mehdi 14 iyun 1992-ci ildə anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri üzrə Təhsil İdarəsi 48 saylı orta məktəbində almışdır. 
O, 2009-cu ildə Qərb Universitetinin Siyasi Elmlər fakultəsinin politologiya ixtisasına qəbul olmuşdur. Ali təhsil müddətində bir çox yerli və beynəlxalq konfranslar, seminarlarda iştirak etmişdir. 2010-cu ilin sentyabr ayından 2011-ci ilin dekabr ayınadək Qərb Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini və sədri vəzifəsində çalışmışdır. O, 2013-cü ildə ali bakalavr təhsilini Fəxri Məzun adı ilə bitirmişdir. 
Mehdi Məmmədli 2013-сü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ictimai əlaqələr üzrə mütəxəssis, 2014-cü ilin sentyabr ayından isə böyük məsləhətçi vəzifəsində çalışır. O, ATƏT, BMT, Aİ, AŞ kimi beynəlxalq təşkilatların, o cümlədən Almaniya, Belçika, Rusiya, Gürcüstanda keçirilən beynəlxalq konfransların iştirakçısıdır.
Mehdi Məmmədli Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri müavini vəzifəsində çalışır. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili almaq hüququ qazanıb. 
2015 aprel-2016 aprel tarixində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti-Milli Qvardiya sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ehtiyatda olan kiçik çavuşdur.
İxtisaslaşma sahələri: səmərəli dövlət idarəçiliyi, ictimai əlaqələrin inkişafı, milli təhlükəsizlik və siyasi strategiya, siyasi təhlil və proqnozlaşdırma.