Psİxologİya

Proqram: Klinik psixologiya üzrə maqistr
 
Müddət: 2 il
 
Təhsil forması: əyani
 
İllik təhsil haqqı: 1900 AZN
 
Təlim dili: Azərbaycan, ingilis və rus dili

Kliniki Psixologiya üzrə magistr proqramı psixi pozuntuların nəzəriyyəsi, qiymətləndirməsi, müalicəsi və elmi işlər haqqında olan əyani təhsil proqramıdır. Tədrisin əsas fəaliyyət istiqamətləri şəxsi narahatlıq və əhval-ruhiyyə pozuntuları, somatizasiya və digər psixi xəstəliklərin öyrənilməsini əhatə edir. Bu iki illik proqram həm balanslaşdırılmış geniş nəzəri bilik, həm də mühüm peşə və elmi tədqiqat bacarıqları kombinasiyasından ibarətdir. Bununla yanaşı, tələbələr psixoloji problemlərin təhlil edilməsi, kliniki tədqiqatların qiymətləndirilməsi və kliniki məsələlər barədə məlumatları öyrənəcəklər. Həmçinin sosial psixologiya, müasir nəzəri və metodoloji yanaşmalar, elmi tədqiqatların dərindən öyrənilməsi, eləcə də bu sahədə kəmiyyət və keyfiyyət üzrə tədqiqatların aparılması imkanına malik olacaqlar.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-fundamental elmi biliklərə istinad edərək tədqiqatın metodoloji əsaslarını işləyib hazırlamaq;

-tədqiqatın mövzusunu, məqsədini, vəzifəsini, fərziyyəsini müəyyənləşdirmək;

-riyazi-statistik üsullardan istifadə etmək;

-müasir kompüter proqramlarından və elektron kitabxanalardan istifadə etmək;

-elmi-tədqiqat işini aparmaq;

-elmi araşdırmaların nəticələrini təhlil və təqdim etmək;

-elmi məqalələrin yazılma və çapa hazırlanma qaydalarını bilmək;

 

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

 - Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- Psixologiya elminin müasir problemləri
- Psixologiya elminin tarixi və metodoloji problemləri
- Peşəseçmənin psixoloji məsələləri
- Beyin, psixika, psixiinkişaf
- Anormal uşaqların diaqnostikası və onlarla iş metodları
- Müasir klinik psixologiyanın strukturu
- Psixolojidiaqnostika, korreksiya, məsləhət və reabilitasiya məsələləri
- İnsan psixikasının patoloji pozuntularının müasir problemləri
- Şəxsiyyətin anomaliyası problemi
- Neyropsixologiyanın müasir problemləri
Peşə hazırlığı üçün seçmə fənlər:
- Psixoterapiyanın aktual məsələləri
- Azərbaycanda klinik-psixoloji diaqnostika
- Klinik deontologiyasının əsasları
- Psixi və psixoloji sağlamlıq problemi
- Deprivasiya problemi nəzəriyyəsi və təcrübə
- Psixoloji problemlərə somatik yanaşma
- Somatik xəstəliklərin klinikasının psixoloji problemlər
- Xəstələrin psixoloji korreksiyasının və sosial əmək reabilitasiyasının psixoloji cəhətləri