Turİzm və otelçİlİk

Proqram: Turizm və sosial-mədəni servis üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Turizm və sosial-mədəni servis üzrə magistr proqramı – tam fənlər arası proqram olaraq, beynəlxalq biznes və beynəlxalq menecmentdə və mədəniyyətlərarası və irsin öyrənilməsi sahəsində turizmin müasir əlaqələndirici kimi öyrənilməsi üzrə proqramdır. Vahid yönümlü təhsil proqramı olaraq, cəmiyyətin dəyişən qlobal tələblərinə və Avropa Birliyinin cəmiyyət inkişafı məqsədlərinə uyğundur.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar turizm sahəsində layihə rəhbərləri, sahibkarlar, məsləhətçilər xidməti, məhsulların ixtiraçıları və istehsalçı kimi özəl şirkətlər, dövlət və beynəlxalq layihələr, təşkilat və müəssisələrində öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

 - Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- Turizmin turizm sənayesinin müasir problemləri
- Turizmin turizm sənayesinin tarixi və metodologiyası
- Mehmanxana və turist komplekslərində xidmətin təşkili
- İnsan resurslarından istifadənin optimallaşdırılması
- Servis xidməti növlərinin inkişafı
- İctimai iaşə xidmətlərinin təşkili
- Turizmdə informasiya texnologyalarının tətbiqi
- Səyahət agentlikləri və turoperatorlar
- Vergi menecmenti
- Turizm və xidmət sferasında risklər və sığortalanma
- Turizm logistikas
Peşə hazırlığı üçün seçmə fənlər:
- Turizmin inkişafında nəqliyyat amili
- Otel xidmətlərinin təşkili
- Qonaqpərvərlik və turizm xidmətləri
- Turizm menecmenti və marketinqi
- Turizm və xidmət sferasının nəqliyyat təminatı
- Turizmin statistikası
- Təşkilati davranış
- Turizm, mehmanxana və restoran biznesində təşkilati davranış
- Ekskursiya fəaliyyətinin idarə olunması