DƏYİRMİ MASAYA DƏVƏT!

Universitetin Tətbiqi Politologiya Mərkəzinin təşkilatçılığı ilə həftənin Cümə günü (8 dekabr) saat 10:00-da Universitet kitabxanasının konfrans zalında “Dağlıq Qarabağ: münaqişənin həlli yolları və mövcud reallıq” mövzusunda dəyirmi masa keçiriləcək.

Müzakirədə bu suallara cavab axtarılacaq:

  • “Hazırki şərtlər daxilində münaqişənin sülh yolu ilə həlli realdırmı?”;
  • “Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa münaqişənin həllini sürətləndirmək üçün nə etməlidirlər?”;
  • “Rusiya niyə münaqişənin həllində maraqlıdırmı?”
  • “Türkiyənin münaqişənin həllindəki fəallığını necə qiymətləndirmək olar?”;
  • “İşğalçı dövlətə qarşı hansı siyasət aparılmalıdır?”

Əziz tələbələr, Tətbiqi Politologiya Mərkəzi sizi dəyirmi masada iştiraka dəvət edir.