Qərb Unİversİtetİ İdman Klubu İİ yerİ qazandı

4-5 aprel 2015-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında keçirilən idman dırmanması üzrə növbəti "Ümid-1" yarışı sona çatıb. 
Hər il "ClimBaku" idman dırmanması mərkəzində keçirilən bu ənənəvi yarışda Federasiyanın "Ekosport", "Salavat", "AMEAST", "Qərb Universiteti", "FHN", "Şahdağ", "Caspian", "Qax", "Babadağ", "Şahdağ Kompleksi", "Qafqaz", "Memarlıq", "Gənclik", "İrəli Extrim", "Aviasiya", "Climb club", "Rock Stone", "Kəmərqaya", "Daşkəsən", "Gəncə", "Zirvə", "Black Stone" və "AMA" klublarının idmançıları iştirak edib. 
İki gün davam edən yarışda qaliblərə Kubok, medal və diplomlar təqdim olunub