Qərb Unİversİtetİnİn tələbəsİ Gürcüstanda 1-cİ oldu

11-12 dekabr 2010-cu il tarixində Qərb Universitetinin Siyasi elmlər fakültəsinin politologiya ixtisası üzrə 1- ci kurs tələbəsi Vüsal Məmmədov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən taekvando üzrə "Martial Art” çempionatında 1-ci yeri tutub. Yarış böyüklər arasında keçirilmişdir. 58 kq çəkidə Vüsal Məmmədov "Georgian Martial Art Confederation”-nın prezidenti Kakha Basilia tərəfindən sertifikatla təltif olunub. 27-28 oktyabr 2010-cu ildə Bakıda A kateqoriyalı idmançılar arasında keçirilən Beynəlxalq Taekvando Çempionatında isə 54 kq çəkidə mübarizə aparmış və 3-cü yerə layiq görülmüşdür.