Qərbİ Kaspİ Unİversİtetİ fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dİssertanturaya qəbul elan edİr

Qərbi Kaspi Universiteti aşağıdakı  ixtisaslar üzrə 2017-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

FƏLSƏFƏ DOKTORU PROQRAMLARI ÜZRƏ DOKTORANTURAYA AYRILAN PLAN YERLƏRİNİN SAYI

 

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

Əyani

Qiyabi

1.

Daxili fiskal siyasət və dövlət maliyyəsi

5301.01

1

 

1

2.

Dünya iqtisadiyyatı

5310.01

2

2

 

3.

Sahə iqtisadiyyatı

5312.01

2

1

1

4.

Dünya ədəbiyyatı

5718.01

1

1

 

5.

Beynəlxalq        münasibətlər

5901.01

2

2

 

6.

Texniki estetika və dizayn

6217.01

1

1

 

 

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DİSSERTANTURAYA AYRILAN PLAN YERLƏRİNİN SAYI

 

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

1.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01

1

2.

Daxili fiskal siyasət və dövlət maliyyəsi

5301.01

1

3.

Ümumi iqtisadiyyat

5308.01

1

4.

Dünya iqtisadiyyatı

5310.01

1

5.

Sahə iqtisadiyyatı

5312.01

2

6.

German dilləri

5708.01

1

7.

Dünya ədəbiyyatı

5718.01

2

8.

Beynəlxalq        münasibətlər

5901.01

1

9.

Siyasi institutlar və sistemlər

5904.01

1

10.

Texniki estetika və dizayn

6217.01

1

 

Doktorantura və dissertantura yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (rektorun adına);
  • kadrların şəxsi qeydiyyat vərəqəsi;
  • tərcümeyi-hal;
  • iş yerindən xasiyyətnamə;
  • 3 ədəd fotoşəkil (3x4 ölçüdə);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Qəbul qaydaları:

Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.

Doktoranturaya qəbul  olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları  verirlər.

Sənədlər 22 yanvar 2018-ci il tarixə qədər qəbul edilir.

Qəbul imtahanları 29 yanvar 2018-ci il tarixindən başlanacaqdır.

 

            Təhsil haqqı müqavilə əsasında müəyyən edilir.

 

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31

Tel: (+99412) 492 61 63; 492 74 18 (14)

Fax: (+994 12) 4926701

e-mail: administration@wu.edu.az