Qərbİ Kaspİ Unİversİtetİndə 20 Yanvar facİəsİ İlə bağlı anım tədbİrİ keçİrİlİb

Qərbi Kaspi Universitetində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə universitetin professor-müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra tədbir universitetin Akt Zalında davam edib.
Çıxış edənlər bildiriblər ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı törətdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalacaq. Bildirilib ki, 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib, faciə qurbanlarının xatirəsi hər il azadlıq qurbanları kimi ehtiramla kimi anılır.

Daha sonra tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya və videorolik nümayiş etdirilib.

gallery gallery gallery gallery gallery gallery gallery gallery