Qərbİ Kaspİ Unİversİtetİnİn təşkİlatİ dəstəyİ İlə həyata keçİrİlən “Game Jam” Hackathon müsabİqəsİ uğurla sona çatdı

Azərbaycanda ilk dəfə keçirilən “Game Jame” hackathon müsabiqəsinin bu gün final mərasimi baş tutub. Final mərasimində iştirak edən Qərbi Kaspi Universitetinin əməkdaşı Könül Hilal tədbirdə çıxış edərək universitetimizin bu sahəyə daim maraq göstərdiyini və dəstəklədiyini bildirib. Qərbi Kaspi Universitetində Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin yaradıldığını diqqətə çatdıran K.Hilal bildirib ki, Məktəb bu sahədə ən müasir avadanlıq və qurğularla təchiz olunmuş laboratoriya və Mərkəzlərə malikdir, hazırda isə məhz mühəndislik ixtisasları üzrə kadr hazırlığının keyfiyyətini yüksəltmək üçün Texnopark qurulmaqdadır.

Müsabiqə şərtlərinə əsasən iştirakçılar tərəfindən hazırlanan 3D oyunlar münfislərin tərəfindən ayrılıqda qiymətləndirilərək final günündə elan olundu. Müsabiqədə iştirak edən Qərbi Kaspi Universitetinin komanda üzvləri həvəsləndirici yerin qalibi olaraq sertifikat və qiymətli hədiyyələr ilə təltif ediliblər. 
Müsabiqədə 1-ci yerin sahibinə 3000 AZN, 2-ci yer 2000 AZN və 3-cü yerin qalibinə 1000 AZN pul mükafatı verilib.
Müsabiqə gənclərin bu sahəyə marağının artırılması baxımından olduqca əhəmiyyətli hadisə kimi yadda qaldı.

gallery gallery gallery gallery gallery gallery