Keyfiyyət Təminatı Mərkəzi
Keyfiyyətin Təminatı Mərkəzi Keyfiyyətə Nəzarət Komissiyası
Məzmun
- Tarix
- QKU keyfiyyət sistemi
- Daxili keyfiyyət təminatı
- Xarici keyfiyyət təminatı
- Keyfiyyət Təminatı Siyasəti
- İşçi heyətinin vəzifə və məsuliyyətləri
- Əməkdaşlar
- Əlaqə məlumatları
- Təkliflər və tövsiyələr
- Normativ sənədlər
Tarix
Qərbi Kaspi Universitetində təhsildə keyfiyyətin artırılmasını təmin etmək məqsədilə 2017-ci ildə İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılmışdır. 2020-ci ildən “Keyfiyyətə Nəzarət Mərkəzi” müstəqil olaraq fəaliyyətinə davam etmişdir. 2021-ci ildə Mərkəzin strukturunda dəyişiklər edilmiş, “Keyfiyyət Təminatı Mərkəzi” adlandırılaraq yeni Əsasnaməsi qəbul olunmuşdur. 2022-ci ilin yanvar ayında universitetin keyfiyyət təminatında tələbənin səsini təmsil edən Tələbə Məlumat Mərkəzi yaradılmışdır.
QKU Keyfiyyət Sistemi
Keyfiyyət Təminatı Mərkəzinin iş prinsipi Avropa Ali Təhsil Sahəsində Keyfiyyət Təminatı Standartları və Təlimatlarında (ESG 2015) müəyyən edilmiş Daxili Keyfiyyət Təminatı Standartlarına istinadla ümumiləşdirilmişdir.
Keyfiyyətə Təminat Mərkəzinin əsas funksional fəaliyyəti aşağıdakılardır:
- Universitetin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi;
- Universitetdə səmərəli və müasir tədris mühitinin yaradılması və işlək vəziyyətdə saxlanılması;
- Universitetin fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişaf etdirilməsinin təmin edilməsi;
- Keyfiyyət təminatı istiqamətində yerli və beynəlxalq qiymətləndirmə agentlikləri ilə əməkdaşlıq etmək.
- Keyfiyyətin təminatı sisteminin təşkil edilməsi;
- Bütün mənbələrdən KTS üçün vacib məlumatların / göstəricilərin toplanmasının koordinasiyası;
- Maraqlı tərəflərin gözləntilərinin müəyyənləşdirilməsi;
- Universitetin və fakültələrin bölmələrinə özünü qiymətləndirmənin təşkili və həyata keçirilməsində və akkreditasiya hazırlıqlarında konsultasiya dəstəyi;
- Keyfiyyət təminatı üzrə mütəmadi daxili təlimlərin keçirilməsi;
- Universitetin digər struktur bölmələri ilə birgə Keyfiyyət təminatı prosesinə xarici maraqlı tərəflərin cəlb olunması;
- Avropa, milli və istitusional səviyyədə təlim və tədris üzrə keyfiyyət təminatı sistemlərinin ümumi çərçivəsinin müəyyənləşdirilməsi;
Daxili Keyfiyyət təminatı
“Keyfiyyətin Təminatı Mərkəzi”nin yaradılmasında əsas məqsəd universitetdə tərdis və tədqiqatın keyfiyyətini təmin etmək, bu istiqamətlərin təkmilləşdirilməsinə nəzarət etmək, təhsil səviyyələri üzrə biliyin obyektiv qiymətləndirilməsini təmin etmək və innovativ texnologiyalardan istifadə etməklə səmərəli tədris və tədqiqat mühiti yaratmaqdır.
Xarici keyfiyyət təminatı
Mərkəzinin xarici keyfiyyət təminatı Keyfiyyət Təminatı prinsiplərini əhatə edir və Mərkəzin Siyasətində əks olunmuş fəaliyyət sahələrində iş mexanizminə istinad edir.
Keyfiyyət Təminatı Siyasəti
Qərbi Kaspi Universitetinin Keyfiyyətin Təminatı Siyasəti Universitetin Strateji İnkişaf Planının məqsədlərinə uyğun olaraq təhsilin keyfiyyətinin təmin edilməsinin və davamlı inkişafın əsasını təşkil edir. Universitetin keyfiyyət siyasəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qanun və qaydalarına əsaslanan təhsil sisteminin yaradılması, o cümlədən daxili və beynəlxalq rəqabət qabiliyyətinin inkişafına nəzarət prinsiplərini əks etdirir.
Vəzifə və məsuliyyətlər.
Keyfiyyətin Təminatı Mərkəzi öz öhdəliklərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və ESG 2015 standartlarına uyğun yerinə yetirir. Keyfiyyətə zəmanət və monitorinq prosesi aşağıdakı kimidir:
(Lean Sigma prinsiplərinə əsaslanır)
Əməkdaşlar
- Keyfiyyət Təminatı Mərkəzinin rəhbəri
Həkimova Səfalı İsmayıl qızı
- Tədris prosesinin monitorinqi sektorunun rəhbəri
Məmmədova Zöhrə İsa qızı
Mütəxəssis
Bağırzadə Hürnisə Nizami qızı
Əmiraslanova Ella İlqar qızı
- Keyfiyyətin təhlili və qiymətləndirmə sektoru
Mütəxəssis
Kösayeva Aygün Tariel qızı
İsmayılzadə Afaq Rafiq qızı
Əlaqə məlumatları
Həkimova Səfalı | Head of Quality Assurance
tel.: +994558947960 | email: sefali.hekimova@wcu.edu.az / qa@wcu.edu.az/ www.wcu.edu.az
Təkliflər və tövsiyələr
Qərbi Kaspi Universitetinin daxili keyfiyyətinin yaxşılaşdırılması və inkişafı ilə bağlı tövsiyə və təkliflərinizi mərkəzin elektron ünvanına (qa@wcu.edu.az) göndərə bilərsiniz.