Qərbi Kaspi Universiteti

Universitet

Elmi Kitabxana Mərkəzi

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzi 1991-ci ildə yaradılmışdır və hazırda Universitetin informasiya və intellektual mərkəzi sayılır. Tələbə və müəllimlərin kitabxanada elmi araşdırma aparması və informasiya əldə etməsi üçün burada geniş oxu zalları mövcuddur. Kitabxana heyəti kitab, jurnal və digər informasiya mənbələrinə giriş və istifadənin təşkilini təmin edir.

Elmi Kitabxana Mərkəzi aşağıdakı xidmət və resursları təqdim edir:

  • Akademik dəstək

Kitabxana heyəti sorğu edilən müvafiq informasiya mənbələrinin axtarışı, dərslik, dərs vəsaiti və digər materiallardan, həmçinin elmi-tədqiqat və araşdırma zamanı geniş çap və elektron materiallardan istifadə, eləcə də online məlumat bazalarına girişi təmin edir. Kitabxana iş saatları ərzində fərdi konsultasiyalar və informasiya xidmət göstərməkdədir. Akademik təqvim ili ərzində kitabxanaçılar tərəfindən informasiy savadlılığı və informasiya bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlimlər keçirilir.

  • Resurslar və kolleksiyalar

Kitabxananın fondunda 30.000-dən çox kitab, monoqrafiya, dərslik, soraq-biblioqrafiya materialları, dövri nəşrlər, tezis və dissertasiyalar, eləcə də Birləşmiş Millətlər Təşkilatının nəşrlərindən ibarət kolleksiya mövcuddur. Kitabxanaçılar Qərbi Kaspi Universitetinin tələbə və müəllimlərinə kitabxana informasiya sisteminə giriş imkanı il yanaşı, onları Universitetin tədris və tədqiqat istiqamətlərini dəstəkləyən elmi mənbələrlə təmin etmək məqsədilə fakültə və kafedralardan daxil olan sorğuları cavablandırır.

  • Tədris və tədqiqat imkanları

Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasının iki filialı - Əhməd Rəcəbli 21 və İstiqlaliyyət 31 ünvanlarında yerləşən korpuslarda fəaliyyət göstərir. Elmi-tədqiqat və biblioqrafiya xidməti Ə.Rəcəbli filialındakı əsas oxu zalında (1-ci mərtəbə) fərdi kitabxana konsultasiyaları üçün müraciətləri qəbul edir. Tədqiqat dəstəyi kitabxananın  iş saatları  ərzində təqdim olunur, həmçinin tələbə və müəllimlərə electron poçt, Zoom və yaxud Teams vasitəsilə informasiya dəstəyi təmin edilir. Kitabxananın oxu zallarında quraşdırılmış kompüterlər tələbələrin istifadəsinə verilmişdir. Müxtəlif mövzulara, əlamətdar günlərə həsr edilmiş kitab sərgiləri və yeni daxil olan ədəbiyyat burada mütəmadi nümayiş olunur. Universitetin professor-müəllim heyəti üçün nəzərdə tutulmuş ayrıca oxu zalı kompüterlər, proyektor və yardımçı kitab fondu ilə təchiz olunmuşdur. 

Kitabxana və informasiya mənbələrinə dair bütün sorğular kitabxananın oxu zallarında yaxud library@wcu.edu.az vasitəsilə qəbul edilir. 

Kitabxana xidmətləri və resursları haqqında daha ətraflı məlumat almaq üçün keçid: https://library.wcu.edu.az/az

Əlaqə

Şöbə müdiri:  Nigar Babayeva

Ünvan:  Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21

İndeks:  AZ1072

Telefon: +994 12 565 39 77 dax. 122

Email:  nigar.babayeva@wcu.edu.az