Qərbi Kaspi Universiteti

Universitet

Distant və əlavə təhsil mərkəzi

Qərbi Kaspi Universitetinin Distant və Əlavə Təhsil Mərkəzi ali təhsil müəssisəsi daxilində ali təhsilin müxtəlif proqramlarını (bakalavr, ixtisasartirma, əlavə təhsil, davamlı təhsil, online kurslar və s.) əhatə edir.

Distant və Əlavə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Təhsil qanununa, ona müvafiq olaraq distant təhsillə bağlı Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlara, Qərbi Kaspi Universitetinin Nizamnaməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun fəaliyyət göstərir.

MƏRKƏZİN ƏSAS VƏZİFƏLƏRİ

-Mərkəzdə İnformasiya və kommunikasiya texnologiyalarına əsaslanan distant təhsilalma fоrması üzrə fəal tədris prosesinin təşkilini təmin etmək;

-Təşkil edilmiş  dərslərin keyfiyyətinə nəzarət etmək;

-Təsdiq edilmiş proqrama uyğun dərslərin keçirilməsini təşkil və təmin etmək;

-Semestrın sonunda imtahanların keçirilməsinin təmin edilməsinə nəzarət etmək;

-Xarici ekspertlərin mərkəzə cəlbini təşkil və təmin etmək;

-Avropa təhsil standartlarına inteqrasiya şəraitində Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək;

- Mərkəzdə tədrisin təşkil edilməsi ilə bağlı Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək,    təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, birgə layihələrin həyata keçirilməsini təşkil etmək;

-Müxtəlif sahələr üzrə sertifikat proqramları, hazırlıq kursları və treyninqlər təşkil etmək;

- Xarici ölkələrin ali təhsil müəssisələri ilə distant və əlavə təhsil formaları sahəsində əməkdaşlıq etmək;

-Həyata keçirilən təhsil formaları üzrə akademik və digər öhdəliklərini yerinə yetirən dinləyicilərə müavafiq qaydada dövlət nümunəli diplomlar, sertifikatlar və digər sənədlər vermək.

Əlaqə:

Şöbə müdiri:

Bənövşə Əliyeva

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks: AZ1072

@: Banovsha@wu.edu.az 

Telefon:+994 12 565 39 77