Qərbi Kaspi Universiteti

Universitet

Akademik azadlıq Siyasəti

QƏRBİ KASPİ UNİVERSİTETİN AKADEMİK AZADLIQ SİYASƏTİ

Qərbi Kaspi Universitetin Akademik Azadlıq Siyasəti 08.006.2021-ci il tarixində

Elmi Şurasında №8 saylı protokolu ilə yenilənib.

Müəllimlərin hüquqi statusunun vacib bir hissəsi onların akademik hüquqları və azadlıqlarıdır. Və Qərbi Kaspi Universiteti, akademik heyət və tələbələri tədris, idarəetmə, tədqiqat işlərinin düzgün aparılmasında əsas rol oynayan akademik ifadə azadlığının şərtlərinə məsuliyyətlə yanaşmağı dəstəkləyir. Bütün hüquq və vəzifələrdə olduğu kimi, akademik azadlıq da müəyyən məsuliyyətlər, gözləntilər və cavabdehlik daşıyır və etibar, etimad münasibətləri çərçivəsində həyata keçirilir. Siyasət Qərbi Kaspi Universitetinin bütün tələbələrini, (əyani və qiyabi) akademik heyəti, digər administrativ hissədə çalışanları əhatə edir.

 

Akademik azadlıq nədir? 

Ali təhsil müəssisəsinin müəllim heyəti qanun çərçivəsində azadlığa malikdir

  • Sual vermək hüququ
  • Yeni fikir söyləməsi və mübahisəli fikirləri irəli sürmək
  • Tədqiqat işçilərinin və tələbələrin sərbəst tədqiqat aparması
  • habelə bu cür tədqiqat prosesində əldə olunan məlumatları sərbəst şəkildə istifadə etmək hüququ

 

Hüquq və vəzifələr

Bütün digər qruplar və şəxslər kimi professor-müəllim heyəti bütün vətəndaşlara tətbiq olunan beynəlxalq, vətəndaş, siyasi, sosial və mədəni hüquqlardan istifadə etmək haqqı var. Bütün əməkdaşlar, müəllimlər vicdan, ifadə, qanunlar çərçivəsində sərbəst toplaşmaq və birləşmək azadlığına malikdir.

 

Fikir və söz azadlığı

Universitet ifadə olunan fikirlərin, mübahisə və müzakirəni məhdudlaşdırmadığı kimi, eyni zamanda universitetin kollektivinin hüquqlarına mane olmamaq və ya müdaxilə etməməmək prinsiplərinə sadiq qalır.