Qərbi Kaspi Universiteti

Universitet

Sağlamlıq və Rifahla Siyasəti

 

QƏRBİ KASPİ UNİVERSİTETİN SAĞLAMLIQ VƏ RİFAHLA SİYASƏTİ

Qərbi Kaspi Universitetin Sağlamlıq və Rifahla bağlı Siyasəti 08.006.2021-ci il tarixində

Elmi Şurasında №8 saylı protokolu ilə yenilənib

Sağlamlıq – insanın əsas hüququ hesab olunur. Sağlamlıq hüququ cəmiyyətin bütün üzvləri üçün səhiyyəyə eyni çıxış deməkdir: tibb, sağlam qida, təmiz su, sanitar xidmətlər, psixoloji dəstək bura aid edilir. Sağlamlıq hüququ fundamental olaraq insanın digər hüquqları ilə  əlaqəlidir. Bura sosial müdafiə, istirahət, asudə vaxt, əsasən də müvafiq həyat standartı hüquqları daxildir. Sağlamlıq eləcə də iqtisadi və siyasi məsələ olaraq qalır, çünki bərabərsizlik və səfalət xəstəliklərin və xəstə halların əsası olaraq qalır. 2005-ci il üçün Bəşəriyyətin sağlamlıq hesabatına istinadən, ifrat kasıblıq ölümün əsas səbəbi hesab edilir. Beləliklə, hesabatda kasıblığın bütün formaları ilə mübarizə məqsədləri mövcud səfalət və kasıblığın aradan qaldırılmasına xidmət edir. Azərbaycan Respublikası  öz ərazisində əhalinin mili rifahının yüksəldilməsinə nail olan ölkələrdən biridir. Bu istiqamətdə daim işlər davam etdirilir. Öhdəliklərdən biri çirkab suların təmizlənməsi və yenidən işlənməsinə nail olmadır.  Universitetdə çirkab su olmur, məişət tullantıları ilə çirklənmiş su olur ki, onun da təmizlənməsinə ehtiyac duyulmur.  Laboratoriyalarda eksperimentlərdən sonra kimyəvi  maddələrlə çirklənmiş su xüsusi qablara yığılır və utilizasiya edilir.

  • Universitet nəzdində çirkab suların yaranmaması üçün infrastruktur layihələrini mütəmadi təşkil etmək
  • Universitetdə tələbələrin su içməsi daim təmin olmuşdur və təmiz su ilə təminat hər zaman həyata keçirilib, bundan sonra da keçiriləcəkdir.
  • Universitetin bütün binalarında su itkisi olmaması üçün tədbirlər görülür və bütün su yolları (boru xətləri) müasir standartlara cavab verən səviyyədə qurulmuşdur. Dövri olaraq, su itkisinin qarşısının alınması istiqamətində profilaktik təlimlər aparılır, maarifləndirici elanlar və şəkillər ilə tələbələri, bütün kollektivi diqqətli olmağa dəvət edirik.
  • Universitet su israfını azaltmaq üçün bütün ərazilərdə suya az tələbatı olan bitkilərdən istifadə edərək, yağış sularının toplanması vasitəsi ilə yaşıllıq zonası yaradılmasına nail olmuşdur. Quraqlığa davamlı bitkilərdən əsasən iynə yarpaqlı ağaclar, müxtəlif kollar əkilmişdir. Yaşıllıq zolağı həm suya qənaət etməyə, həmdə gözəl mənzərə yaranmasına imkan vermişdir.
  • Universitet yalnız tələbə və müəllimlər üçün deyil, ictimaət üçün də idman zallarını insanların sağlamlığı üçün istifadəyə şərait təklif edir.
  • Universitetin yeməkxanalında təklif edilən qidalar münasib qiymətlər olmaqla yanaşı, tam təbbi və GDM deyil.
  • Universitet tələbə və işçi heyəti üçün ödənişsiz psixoloji tibbi dəstək və eyni zamanda fiziki qüsurlu insanlar üçün mentorluq proqramları həyata keçirir.
  • Universitet tələbə və işçi heyəti üçün ödənişsiz ailə planlaması üzrə vaxtaşırı seminar və təlimlər təşkil edir və edəcək.
  • Universitetin nəzdində fəaliyyət göstərən karyera mərkəzi tələbələrimizə ödənişsiz konsultasiya verərək tələbələrin profesional həyatlarındakı ilk qədəmlərinin düzgün atılmasına bələdçilik edirlər.